Əhməd müəllim: "Prezidentin qətiyyətli siyasəti nəticəsində bütün hədəflərə nail olunacaq"
- 8-11-2022, 11:48
- Cəmiyyət
- 0
- 244
"NORD" Hotelinin rəhbəri Əhməd müəllim - 8 noyabr - Zəfər Günü rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təkcə Ermənistanın işğalçılıq siyasətinə son vermədi, eyni zamanda dünya erməniçiliyini məğlubiyyətə uğradaraq “Böyük Ermənistan” ideologiyası planlarını puç edərək, tarixin arxivinə atdı.
8 noyabrda Ermənistan qəbul etdiyi kapitulyasiya aktı, həm də “Böyük Ermənistan” planının fiaskosu idi.
“Tarixə qızıl hərflərlə yazılan bu qələbə heç də asan başa gələmədi. Bu qələbənin bünövrəsi Ulu öndər Heydər Əliyevin dövründə qoyulub. Ulu Öndər təsadüfən demirdi ki, gün gələcək biz o torpaqları hansı yolla olur-olsun işğaldan azad edəcəyik. Lakin bunun üçün ciddi hazırlaşmaq lazımdır. Bunun üçün də ölkə iqtisadiyyatının gücləndirilməsi və ordunun müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırılmasına başlanıldı. Cənab Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın qarşısında duran problemlərini həll edib hədəflərinə nail olması istiqamətində müəyyənləşdirdiyi strateji siyasi xətti uğurla davam etdirdi. Cənab Prezidentin ölkəyə rəhbərlik dövrü Azərbaycan üçün sıçrayışlı inkişaf dövrü hesab edilir. Onun həyata keçirdiyi məqsədyönlü, genişmiqyaslı kompleks islahatlar nəticəsində Azərbaycan qısa zamanda beynəlxalq miqyasda uğurlara imza atdı. Ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən transmilli iqtisadi, nəqliyyat və enerji layihələri Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi ilə nəticələndi.
Bunlara paralel olaraq ordu quruculuğu, xarici siyasət sahəsində də yürüdülən siyasət öz bəhrəsini verməyə başladı. Uğurlu xarici siyasət nəticəsində Azərbaycan gənc ölkə olmasına baxmayaraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarına rəhbər seçildi. Azərbaycan ordusu isə nəinki regionun, ümumiyyətlə, dünyanın ən güclü orduları sırasında yer aldı. Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurlar isə ölkəmizin qarşısında duran problemlərin həllinə tədricən yol açmağa başlayırdı”.
Əldə edilən uğurlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini ifşa etməyə və Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırıb, haqq-ədalətin biz tərəfdə olduğunu inandırmağa imkan verdi: “Çünki Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri probleminin həllində maraqlı deyildilər. Onlar münaqişənin uzanmasında və bu yolla bölgədə öz maraqlarını təmin etməyə çalışırdılar. Münaqişənin uzanması isə təkcə Cənubi Qafqazda deyil, qonşu bölgə ölkələrinin, bütövlükdə isə dünyanın təhlükəsizlik arxitekturasına ciddi təhdid yaradırdı. Çünki beynəlxalq vasitəçilərin fəaliyyəti Ermənistanı yeni-yeni işğalçılıq siyasətinə sövq edirdi ki, bu da öz növbəsində qlobal təhlükəsizlik sisteminə daha ciddi təhlükə yardırdı. Uzaqgörən Azərbaycan Prezidenti cənab İlham Əliyev bəzi beynəlxalq güclərin Ermənistanın işğalçılıq siyasətinə göz yumması, sonda hansı faciələrə gətirib çıxardığını yaxşı bilirdi. Ona görə də bu təhlükəni aradan qaldırmaq üçün alternativ variantlar üzərində də işləyirdi. Ermənistanın son illərdə Azərbaycana qarşı yürütdüyü təxribatçı siyasət isə məsələnin danışıqlar yolu ilə həlli imkanlarını günbəgün məhdudlaşdırmaqla yanaşı, Azərbaycan xalqının səbir kasasını doldururdu. Azərbaycan tərəfi də bunu gördüyü üçün alternativ varianlar üzərində ciddi hazırlaşırdı. Ermənistanın təxribatçı siyasəti nəticə etibarı ilə Azərbaycanın səbir kasasını doldurdu və erməni faşistlərini onların başa düşəcəyi dildə başa salmaq haqqında qərar vermək zorunda qaldı. Cavab günü isə 27 sentyabr 2020-ci il oldu.
Müqəddəs Vətən uğrunda hər zaman döyüşə atılmağa hazır olan və qisas təşnəsi ilə yanan Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatına başladı. Rəşadətli Azərbaycan ordusu erməni faşistlərinin 30 ildə qurduğu mühəndis-istehkam sədlərini yararaq, əlverişsiz coğrafi mövqedən hücuma keçərək qısa zaman əks-hücum həmlələri ilə düşməni darmadağın etməyə başladı. Azərbaycan ordusunun 44 günlük hərbi əməliyyatları Şuşanı düşməndən azad etməsi ilə nəticələndi. Bundan sonra diz çöküb, ağ bayaraq qaldırıb, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Düşmən işğal altında olan Ağdam, Kəlbəcər və Laçını isə bir güllə atmadan Azərbaycan təhvil vermək barədə öhdəlik götürdü və bunu yerinə yetirməli oldu. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gündə mümkünsüz olanı reallığa çevirdi”.
Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar müasir dünya hərb tarixinə yeniliklər tətbiq edilməsi baxımdan da mühüm əhəmiyyət kəsb edir: “Məhz Müzəffər Ali Baş Komandanın ordu quruculuğu sahəsində yürütdüyü siyasət nəticəsində Azərbaycan ordusu ən müasir hərbi biliklərlə, bacarıqlara. O cümlədən ən müasir silahlardan istifadəyə yiyələnə bildi. Bu özünü 44 günlük müharibə də daha bariz formada nümayiş etdirdi. Azərbaycan ordusu dünyada sivil insanlara zərər yetirmədən düşməni diz çökdürməyi, necə müasir hərbi əməliyyatlar aparmaq qabiliyyətini sübut etdi. Bu, dünya hərb sahəsi üçün bir yenilik idi. Ona görə də Azərbaycan ordusunun bu qəhrəmanlığı, hərbi əməliyyatları dünya hərb mərkəzləri tərəfindən öyrənilib, təqdir edilməkdədir”.
Ermənistanın kapitulyasiya aktının imzalamasından sonra bölgədə yeni geosiyasi reallıq yaranıb: “Azərbaycan yaratdığı yeni geosiyasi reallığın tələblərinə uyğun bölgədə dayanıqlı sülhü və yeni əməkdaşlıq formatları yaradılması istiqamətində siyasətini yürütməkdədir. Dünyanın güc mərkəzləri Azərbaycanın yaratdığı reallığı qəbul edib, onun şərtlərinə uyğun əməkdaşlıq münasibətlərini qurmaqdadırlar.
Yeni əməkdaşlıq formatlarının qurulması, işğaldan azad edilən ərazilərin yenidən bərpası, “Böyük qayıdış”ın qısa zamanda təmin edilməsi istiqamətində cənab Prezidentin birbaşa rəhbərliyi altında genişmiqyaslı sürətli kompleks tədbirlər planı həyata keçirilməkdədir. Ən qısa müddətdə işğaldan azad edilən ərazilərdə ən müasir tələblərə cavab verən iki hava limanı tikilərək istifadəyə verilib, bütün rayonlar elektrik enerji infrastrukturu ilə təmin edilib və digər infrastruktur layihələri də həyata keçirilməkdədir. Bu görülən işlər isə ən qısa zaman ərzində məcburi köçkünlərin kütləvi surətdə öz ata yurdlarına qayıtmasına imkan yaradacaq.
Həyata keçirilən infrastruktur layihələri Avrasiya coğrafiyasında Azərbaycanın yeni tranzit nəqliyyat xətlərinin şaxələndirilməsinə və əsas ölkələrdən birinə çevrilməsinə geniş imkanlar açacaq. Bu məqsədlə də Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün və sıx əməkdaşlıq formatının yaranması üçün sülh şərtlərini Ermənistana təqdim edib. Lakin Ermənistan havadarlarının dəstəyi ilə hər vəchlə sülh sazişi imzalamaqdan boyun qaçırıb vaxt qazanıb, bölgədə gərginliyi davam etdirməyə çalışır. İrəvanın sülh sazişini imzalamağı uzatması ilk növbədə Ermənistanın ziyanınadır. Ermənistan keçən iki il müddətində dəfələrlə revanşist cəhdlər etsə də, hər dəfəsində “dəmir yumruq”la üzləşib və onun acı nəticələrini yaşamalı olub. Odur ki, Ermənistan nə qədər gec deyil Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamalıdır. Əks təqdirdə havadarlarının da dəstəyinə baxmayaraq, bunun acı nətəcəsini Ermənistan özü yaşamalı olacaq. Çünki 8 noyabrda təkcə erməni faşizmi yox, həm də dünya erməniçiliyi, ermənilərin “Böyük Ermənistan” planları alt-üst edildi. Bundan sonra ermənilərin hər hansı revanşizmi mümkün deyil və buna imkan verilməyəcək. Çünki “dəmir yumruq” hazır vəziyyətdədir. Onsuz da sonunda Ermənistan şərtləri qəbul etmək zorunda qalacaq.
Əminəm ki, Azərbaycan Prezidentinin yürütdüyü müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bütün hədəflərə nail olunacaq, Cənubi Qafqaz dünyanın ən inkişaf etmiş bölgəsinə çevriləcək”.