» » Amaşov istefası ilə bağlı yayılan xəbərdən danışdı

Amaşov istefası ilə bağlı yayılan xəbərdən danışdı

Amaşov istefası ilə bağlı yayılan xəbərdən danışdı


Mən təşkilatdan, Mətbuat Şurasından, sədrlikdən getməmişəm. Bu, səhv yayılmış məlumatdır və həqiqətləri əks etdirmir.

Bunu Publika.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov MŞ sədrliyindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əflatun Amaşovun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum qurultaya hazırlaşır:

“Vəziyyət belədir ki, Azərbaycan jurnalistlərinin qurultayının vaxtından bir neçə ay keçib. Qurultay gözlənilir. Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdə keçirilən iclasında qurultayın vaxtını müəyyənləşdirəcəyik. Hər şey qurultayda müəyyən olunacaq. Qurultayda namizədliyimi verib-verməyəcəyimi də dəqiqləşdirməmişəm. Hələ vaxta çox var. Hadisələri qabaqlamaq istəmirəm. Əflatun Amaşovun qalacağı, gedəcəyini hələ bilmək olmaz. Bunların hamısı qurultayda həll olunan məsələlərdir. İndi əsas məsələ qurultayı təşkil etməkdir. Hər şey jurnalistlərin səlahiyyətindədir. Hər şeyi onlar müəyyənləşdirirlər. Sədrlik də heç kimə tapşırılmayıb, hazırda sədr mənəm. İndi də sədr kreslosunda oturub sizinlə danışıram. Görünür, bu cür yanlış məlumatın yayılması kiminsə marağındadır”.

Rəşad Məcid isə mətbuata verdiyi açıqlamada bildirib ki, o, Əflatun Amaşovun MŞ sədrliyindən istefa verməsi ilə bağlı məlumatsızdır.

Qeyd edək ki, Əflatun Amaşovun istefası ilə bağlı xəbər yayılıb. Xəbərdə bildirilib ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid icra edəcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya