» » DYP "Neftçi" - "Rapid" oyunu ilə bağlı azarkeşlərə müraciət edib

DYP "Neftçi" - "Rapid" oyunu ilə bağlı azarkeşlərə müraciət edib

DYP "Neftçi" - "Rapid" oyunu ilə bağlı azarkeşlərə müraciət edib


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Neftçi" - "Rapid" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:

“Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununda Azərbaycanın “Neftçi” klubu ilə Avstriya "Rapid"i ilə Bakıda, Nizami rayonu ərazisində yerləşən "Bakcell Arena" stadionunda, saat 21:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Neftçi” klubuna uğurlar arzurlayırıq.

Bildiyiniz kimi, "Bakcell Arena" stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə k, ərazidə metronun “Xalqlar dostluğu” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə "Bakcell Arena" stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya