» » Səttar Möhbalıyev: “Azərbaycanla Aİ arasında imzalanan Anlaşma Memorandumu hər iki tərəf üçün faydalıdır”

Səttar Möhbalıyev: “Azərbaycanla Aİ arasında imzalanan Anlaşma Memorandumu hər iki tərəf üçün faydalıdır”



“Ölkəmizin hərtərəfli inkişafı, iqtisadi qüdrətinin durmadan artması, regionda söz sahibinə çevrilməsi, həmçinin qlobal təşəbbüsləri, reallaşdırdığı nəhəng və faydalı layihələr onun beynəlxalq mövqeyini möhkəmlətməkdədir. Bütün bu nailiyyətlərin əldə olunması güclü dövlət və güclü siyasi hakimiyyət amili ilə bilavasitə sıx bağlıdır. Bunun nəticəsidir ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə dinamik inkişafına əlverişli şərait yaradıb. Hazırda Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır və ölkəmizin etibarlı tərəfdaş mövqeyi bu imkanları getdikcə genişləndirir. Artıq Azərbaycan regionun enerji mərkəzinə çevrilib və dünyada bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində sahib olduğu potensial yüksək dəyərləndirilir. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji siyasətinin nəticəsisdir”.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir: ”Son dövrlər təşkil olunan qarşılıqlı səfərlər, aparılan müntəzəm müzakirələr əməkdaşlığımızın daha da dərinləşməsində mühüm rola malikdir. Məlumdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı hesab olunur və ötən il İttifaqla ticarət dövriyyəsi 15 milyard dollardan artıq olub. Həmçinin ticarətimizin 40 faizi də Avropa İttifaqının payına düşür. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan hətta Avropa İttifaqının Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olaraq qalır. Belə ki, İttifaqın ümumi ticarət dövriyyəsindəki payı Gürcüstanda 23,9, Ermənistanda 18 faiz təşkil etdiyi halda, Azərbaycanda 36,7 faizdir. Həmçinin ölkəmizin Avropa ilə Asiyanın qovşağında, beynəlxalq əhəmiyyətli nəqliyyat yollarının keçdiyi olduqca əlverişli iqtisadi-coğrafi mövqedə yerləşməsi, həmçinin qərbdən şərqə və şimaldan cənuba gedən qlobal nəqliyyat dəhlizlərinin buradan keçməsi Avropa İttifaqı üçün ölkəmizin əhəmiyyətini artıran məqamlardandır. Enerji təhlükəsizliyi məsələsinə gəldikdə isə zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmizin bu istiqamətdə imkanları böyükdür. Bilavasitə ölkəmizin təşəbbüsü və dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihə rolunda çıxış edir”.
“Avropa İttifaqı ilə ölkəmiz arasında enerji məsələlərinə dair bir sıra sənədlər, o cümlədən 2006-cı ildə Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu, 2011-ci ildə isə Bakıda Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanıb. Qeyd olunan sənədlər enerji sahəsində münasibətlərimizin inkişafına əhəmiyyətli töhfələr verib. İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu strateji əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq. Bu, bir daha təsdiqləyir ki, Aİ Azərbaycanla mövcud olan əlaqələrini genişləndirmək, idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir. Həmçinin sənəd ölkəmizin İttifaq ölkələri arasında nüfuzunun yüksəlməsinə, əlaqələrinin dərinləşməsinə, tərəfdaşlarının sayının artmasına gətirib çıxaracaq, Azərbaycanın siyasi gücünü artıracaq”, - Milli Məclisin deputatı deyib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya