Zahid müəllim: Müzəffər Ali Baş Komandanın Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri qürurverici məqamlarla yadda qaldı
- 1-07-2022, 15:05
- Cəmiyyət
- 0
- 255
Çinar Hotelin rəhbəri Zahid müəllim - Məlum olduğu kimi, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iyun ayının 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri baş tutmuşdur. Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri Günündə Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident çıxışında səfərin bu tarixə düşməsinin təsadüfi olmadığını qeyd edərək əsas məqsədinin Silahlı Qüvvələr Günündə hərbiçilərlə bir yerdə olaraq onlarla görüşmək olduğunu bildirdi və bunun çox böyük rəmzi məna daşıdığını vurğuladı.
Ölkə Prezidenti İlham Əliyev növbəti dəfə 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işgaldan azad edilmiş torpaqlarmızda qeyd etdi, tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bir daha Ermənistan və ona havadarlıq edən dövlətlərə qətiyyətlə bəyan etdi. Ali Baş Komandanın qalib Sərkərdə kimi bu ərazilərə səfəri qürurverici anlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan lideri bir sıra açılışlar etdi, bərpa-quruculuq və tikinti işləri ilə yaxından tanış oldu. Ali Baş Komandan cənab İlham Əliyev Kəlbəcərdə Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsinin açılışında iştirak etmiş və çıxış etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı müharibəyəqədərki, müharibə və postmüharibə dövrünün bir sıra mühüm məsələlərinə toxunaraq, strateji əhəmiyyətli fikirlər səsləndirmişdir. Səfərin diqqəti çəkən iki əsas məqamlarından birincisi Milli Ordumuzun 104-cü il dönümündə gerşəkləşməsi, digər məqam isə Kəlbəcərdə yüksək döyüş qabiliyyətli Komando hərbi hissəsinin açılışı ilə yadda qalmasıdır.
Səfər çərçivəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı nitqində qürur hissi ilə qeyd etdi ki, bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik. Bu günü yaşamağımız üçün təbii ki, güclənməli, qüdrətlənməliydik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinspləri işləmir. Haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, 30 illik işğal dövründə işgalçıya heç kim “Azərbaycan torpaqlarından çıx” demədi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır. Və Azərbaycan xalqı bu işğalla hec vaxt barışmayacaq. İqtisadi müstəqilliyini təmin edən ölkəmiz beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Qələbəmizi şərtləndirən amillər sırasında Azərbaycan gəncliyinin vətənpərvərliyi, torpaq sevgisindən bəhs edən ölkə başçısı sözügedən nitqində bu məqamı xüsusi qeyd edərək, vurğuladı ki, bizi qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.
Azərbaycan Ordusunun güc və qüdrətindən bəhs edən ölkə başçısı vurğuladı ki, cəmi 44 gün ərzində düşməni diz çökdürən şanlı Azərbaycan Ordusu qalibiyyətə imza ataraq həmçinin bir güllə belə atılmadan Kəlbəcər və Laçın kimi tarixi yurd yerlərimizi düşmən tapdağından azad etdi. Eləcə də, bu günki səfərin xüsusilə əlamətdar günə-Silahlı Qüvvələr Gününə təsadüf etməsinin böyük rəmzi məna daşıdığını bildirən cənab Prezident bu səfərin özünün belə düşmənə göz dağı olduğunu vurğuladı. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Artıq torpaqlarımızın işğal deyil, işgaldan azad edildikləri günləri böyük fəxarət və qalibiyyət hissi ilə qeyd edirik.
Beləliklə, ölkə başçısının 26 iyun-Silahlı Qüvvələr Gününə təsadüf etdiyi bu tarixi səfəri qürurverici məqamlarla yadda qaldı. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən surətli- bərpa quruculuq işləri Azərbaycan dövlətinin qüdrətinin və ölkə başısı, cənab Prezident İlham Əliyevin iradəsinin göstəricisidir.