» » Rüstəm Nağıyev: “Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürməklə bir daha ümumxalq liderliyi keyfiyyətlərini nümayiş etdirdi”

Rüstəm Nağıyev: “Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürməklə bir daha ümumxalq liderliyi keyfiyyətlərini nümayiş etdirdi”

Rüstəm Nağıyev: “Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürməklə bir daha ümumxalq liderliyi keyfiyyətlərini nümayiş etdirdi”


“Öz xalqını, öz vətənini sevən hər bir insanın arzusu ölkəsini azad, müstəqil və güclü bir dövlət olaraq görməkdir. Lakin bu arzunu həyata keçirmək heç də hər kəsə nəsib ola biləcək bir missiya deyil. Yalnız seçilmiş dahilər, öz məqsəd və amalları uğrunda hər an canından keçməyə hazır olan mübariz lider keyfiyyətlərinə malik olan böyük şəxsiyyətlər, bu yolda qarşıya çıxa biləcək bütün maneələri dəf etmək iqtidarında olan mahir siyasətçilər müstəqil dövlət qurmağa və onu qorumağa nail ola bilərlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz belə, taleyin özü tərəfindən seçilmiş dahi şəxsiyyət idi. Ulu Öndərin ən böyük arzusu canından artıq sevdiyi doğma vətənini, Azərbaycanı bütöv, müstəqil və güclü bir dövlət kimi görmək idi. Ümummilli Lider bütün həyatını məhz bu arzunun gerçəkləşməsinə həsr etmişdir. Bu yolda Ulu Öndərin qarşısına çıxan maneələr, Azərbaycanın suverenliyinə qarşı olan düşmən qüvvələr nə qədər güclü və təhlükəli olsalar da, onların hamısı sonda Heydər Əliyev dühasının qarşısında aciz qaldılar.” Bu sözləri 15 iyun Milli Qurtuluş Günü münasibətilə mətbuata verdiyi açıqlamasında YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib. Təşkilat sədri xüsusi olaraq qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanı bürümüş xaos və hərcmərclik şəraitində xalqın və dövlətin xilası naminə ölkədə hakimiyyətə gəlmək çox böyük risklərlə bağlı idi: “1991-1993-cü illərdə Azərbaycan bəkə də tarix boyu qarşılaşmış olduğu ən böyük təhlükələrlə üz-üzə durmuşdu. Ölkədə ayrı-ayrı qruplaşmalara xidmət göstərən qeyri-qanuni silahlı birləşmələrin əhalini qorxu içərisində saxlamaları, qanunsuzluğun baş alıb getməsi, özbaşınalıq, anarxiya, xaos – bütün bunlar əslində Azərbaycanın müstəqilliyinə qarşı olan müəyyən dünya güclərinin həyata keçirməkdə olduqları planın yalnız görünən tərəfi idi. Bu güclərin əsas məqsədi isə ölkəmizi parçalamaq, müəyyən bir hissəsini zəbt etmək, qalan ərazilərdə isə bir neçə marionet cırtdan dövlət yaratmaq idi. Həm də bu plan sadəcə nəzəri strategiya deyildi. Cərəyan edən proseslər onu göstərirdi ki, düşmənlərin öz məqsədlərinə çatmaları hər an baş verə bilər. Bir tərəfdən erməni qəsbkarları torpaqlarımızın böyük bir hissəsinin işğalını artıq həyata keçirmişdilər, digər tərəfdən isə ölkənin həm şimal, həm də cənub regionlarında getdikcə güclənən və həyasızlaşan separatçılar bu parçalanmanı hər an daha da dərinləşdirməyə hazır idilər. Bütün bu hadisələrin fonunda da 1993-cü ilin iyununda ölkədə real vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Beləliklə, həmin dövrdə sadəcə müstəqilliyimizin itirilməsi deyil, bütövlükdə Azərbaycanın parçalanaraq dünya xəritəsindən silinməsi kimi daha böyük bir təhlükə bizi təhdid edirdi. Etiraf etmək lazımdır ki, dövlət müstəqilliyinin itirilməsi nə qədər böyük bəla olsa da, ölkənin parçalanmağı daha böyük fəlakətdir. Çünki parçalanmış ölkənin ərazisində yaranacaq çırtdan dövlətlər tez bir zamanda ya daha güclü qonşuları tərəfindən istila ediləcək, ya da orada yaradılacaq marionet rejimlər öz ölkələrini xarici qüvvələrin siyasi iradəsindən tam asılı vəziyyətə gətirəcəklər. Azərbaycana qarşı qurulan planlar da məhz bu məqsədi güdürdü. Təbii ki, belə bir vəziyyətdə ölkədə hakimiyyətə gələrək bütün bu düşmən qüvvələrə qarşı mübarizəyə atılmaq son dərəcə böyük, həyati risklərlə bağlı idi. Yalnız Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, dövlət müstəqilliyimizi hər şeydən uca tutan ulu öndər Heydər Əliyev bütün bu riskləri gözə alaraq belə bir addım atmağa qadir idi”, – deyə Rüstəm Nağıyev qeyd edib.

Daha sonra hakim partiya təmsilçisi ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməklə bir daha ümumxalq liderliyi keyfiyyətlərini nümayiş etdirdiyini vurğulayaraq bunları deyib: “Bu gün bütün dünyada ən müxtəlif sahələrdə çoxsaylı liderlər var. Siyasi partiya liderləri, cəmiyyət sədrləri, qurum rəhbərləri və sairə. Lakin əsil liderlik keyfiyyətləri çox nadir insanlarda müşahidə oluna bilən cəhətlərdir. Bu keyfiyyətlər həqiqətən böhranlı vəziyyətlərdə, xalqın, dövlətin başı üzərini real təhlükələr alarkən özünü büruzə verir. Əlbəttə ki, əgər onlar varsa. Əks halda isə, təhlükə anında dünənki “liderlər” dərhal öz məqamlarından da, vəzifələrindən də imtina edirlər. 1993-cü ildə də biz belə bir hadisənin şahidi olduq. Ölkəni məhv olmaq həddinə gətirən o zamanki iqtidar böhran anında hamıdan qabaq əsl ümumxalq liderinə, ulu öndər Heydər Əliyevə müraciət edərək hakimiyyəti onlardan təhvil almağı xahiş etdilər. Ümummilli Lider də öz xilaskarlıq missiyasını qəbul edərək xalqın harayına yetişdi, dövləti məhv olmaqdan qurtardı. “Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm”, - deyən dahi rəhbər xalqın səsinə səs verdi. Ulu öndər Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi.”

Həmçinin Rüstəm Nağıyev bunu da qeyd etdi ki, Azərbaycanın dayanıqlı inkişaf yoluna qədəm qoyması yalnız 1993-cü ilin iyunundan sonra mümkün oldu: “Ulu Öndər 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə dahi rəhbər Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər. Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Ümummilli lider siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Mühüm siyasi-iqtisadi islahatlara başlandı və müstəqil dövlətçiliyin inkişafına problem yaradan daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Çünki cəmiyyəti sağlam qüvvələr hesabına möhkəmləndirmədən islahatları həyata keçirmək mümkün deyildi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişi cəhdlərinin qətiyyətlə dəf edilməsi bir həqiqəti sübuta yetirdi – Azərbaycan xalqı öz siyasi liderinin ətrafında sıx birləşib. Ziyalılar, mədəniyyət, elm, incəsənət xadimləri, təsərrüfat işçiləri, sadə insanlar, bir sözlə, hamı Heydər Əliyev dühasına inandı və ümid etdi ki, yalnız belə bir təcrübəli dövlət xadimi müstəqil Azərbaycanı gözlənə bilən bütün təhlükələrdən xilas etməyə qadirdir” – deyə R.Nağıyev öz fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya