» » Yaşar Bəşirov: Yay mövsümündə içməli su təminatında dayanıqlığın təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilir

Yaşar Bəşirov: Yay mövsümündə içməli su təminatında dayanıqlığın təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilir




Yay mövsümündə içməli su təminatında dayanıqlığın təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilir

           
Yay mövsümündə əhalinin içməli su təminatında dayanıqlığın təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər həyata keçirilib. 2021-ci ilin payız aylarından başlayaraq sutəmizləyici qurğuların, magistral və paylayıcı kəmərlərin, anbarların və nasos stansiyalarının istismar vəziyyəti yoxlanılıb, hidrotexniki qurğularda təmir-bərpa işləri aparılıb. 
Abşeron yarımadasının içməli su təchizatında xüsusi payı olan Ceyranbatan su anbarının ehtiyat həcmi 90 faiz təmin edilib. Bu mənbədən qidalanan Ceyranbatan klassik təmizləyici qurğuların 3-cü növbəsi yenidən işə salınaraq qurğuların emal gücü saniyədə 9 kubmetrə çatdırılıb. Yay mövsümündə xam suda üzvi maddələrin artması nəzərə alınaraq Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğuların qəbul xətləri, supaylayıcı kamerası, mexaniki süzgəc sexi və xam su anbarı yuyulub dezinfeksiya olunub, membran süzgəclərin 50 faizi yenilənib. 
         
Ceyranbatan-Binəqədi, Ceyranbatan-Maştağa, Ceyranbatan-Zirə magistral kəmərlərin marşrutu boyu idarəetmə sistemlərinin istismar vəziyyəti yoxlanılıb, qəzalı hissələrdə əsaslı təmir-bərpa işləri aparılıb, yeni siyirtmələr quraşdırılıb.
Ötən müddətdə Şollar və İkinci Bakı su kəmərlərinin marşrutu boyu baxış quyularında təmir-bərpa işləri aparılıb. Oğuz-Qəbələ-Bakı su mənbəyində 20 subartezian quyusunun nasosları yenilənib.
Abşeron yarımadası ilə yanaşı, Aran bölgəsinin içməli su təchizatını həyata keçirən Kür sutəmizləyici qurğularına suyun verilməsi üçün üzən nasos stansiyasında, radial və üfüqi durulducularda, süzgəc sexində cari təmir işləri həyata keçirilib. Eyni zamanda, Kür-Bakı, Sabirabad-Saatlı, Şirvan-Muğan qrup su kəmərlərinin istismar vəziyyəti yoxlanılıb.
         
Yay mövsümünə hazırlıq işləri çərçivəsində Bakı şəhərində ümumi həcmi 882 min kubmetr olan 24 mərkəzi su anbarı yuyulub dezinfeksiya olunub, nasos stansiyalarında cari və əsaslı təmir işləri görülüb. Şəhər ərazisində 900 km magistral supaylayıcı xətlər təftiş edilib, istismar müddətini başa vurmuş və riskləri böyük olan su xətlərində təmir işləri aparılıb. Regionlarda 8 sutəmizləyici qurğunun, 28 drenaj tipli suqəbuledicinin, subartezian quyuların yay mövsümünə hazırlığı üçün nəzərdə tutulmuş tədbirlər  başa çatdırılıb. 
Yay mövsümündə su təchizatı sistemlərində baş verən qəzaların operativ aradan qaldırılması üçün xüsusi texnikanın, həmçinin mal-material ehtiyatlarının tədarükü ilə bağlı lazımi işlər görülür. Eyni zamanda, yeni sudaşıyan maşınlar və təmir avadanlıqları alınıb.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi, “Tərəqqi” medalılı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yaşar Bəşirov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirovdur.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Yaşar Bəşirov bu işin müqəddəsliyini qoruyub saxlayır. Yaşar Bəşirov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Yaşar Bəşirov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Yaşar Bəşirov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yaşar Bəşirov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Yaşar Bəşirovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Yaşar Bəşirov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Yaşar Bəşirov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Yaşar Bəşirov özünü doğruldub. Bizdə hörmətli Yaşar Bəşirovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya