» » Bakının gözə batmayan, əxlaqsızlıq təbliğ edən iaşə obyektləri və hotellər - Kimdir müqəssir? - VİDEO

Bakının gözə batmayan, əxlaqsızlıq təbliğ edən iaşə obyektləri və hotellər - Kimdir müqəssir? - VİDEO

Bakının gözə batmayan, əxlaqsızlıq təbliğ edən iaşə obyektləri və hotellər - Kimdir müqəssir? - VİDEO


Son günlər yerli KİV-də, eləcə də bir çox sosial platformalarda tez-tez gənclərin otel otaqlarında qeyri-etik görüntüləri tirajlanır. Xüsusilə qadınların bu cür görüntüləri tirajlaması və bunun cəmiyyətin bəzi fərdləri tərəfindən normal qəbul edilməsi təəssüf doğurur. Bu hallar 30-40 il əvvəl yox idi desək, doğru olmaz. Sadəcə o vaxt texnologiya bu qədər inkişaf etmədiyindən cəmiyyət olaraq insanların yataq otağına bir bu qədər “hakim” olunmurdu.

Hətta bəzi hallarda gənclərin və ya ailəli şəxslərin bir başqa qadınlarla (kişilərlə) intim görüntüləri də yayılıb. Bu, heç də yaxşı hal deyil. Bu kimi hallara paytaxtla yanaşı bölgələrdə də rast gəlinir.

Heç kimə sirr deyil ki, Bakıda “masaj salonu” adı altında intim xidmətləri göstərilir. Lakin bu hallarla mübarizə aparmaq üçün vəziyyətdən razı deyil, narazı olanların sayı çox olmalıdır.

Məsələ bundadır ki, bu mövzuda aparılan anonim söhbətlərdə çoxları fahişəxanaların leqallaşdırılmasını dəstəkləsə də, ictimaiyyət qarşısında “mentalitet” deyərək üsyan edir, qəti şəkildə “olmaz” deyirlər.

<embed src='https://baku.tv/embed/54229' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>

Ancaq bununla açıq mübarizə üçün çətin ki, kimlərsə aidiyyəti qurumlara yardım etsin.

Seksoloq Təhmasib Cavadzadə müsahibələrindən birində qeyd edib ki, fahişəliyin leqallaşması ciddi dəyişikliklərə səbəb olmasa da gənclər ehtiyaclarını qarşılamaq üçün gizli yer axtarmaq məcburiyyətində olmayacaq:

“Hansısa qadınla danışıb, evə gedəndə basqına uğramayacaqlar. Leqal şəkildə seks həyatları olacaq. Qaldı ki fahişələrə, onlar, sadəcə, vərdişdən dolayı bu xidmətləri verirlər. Pul insan üçün şirindir. Bu isə pul qazanmağın ən asan və həzzverici yollarından biridir. Bəzən deyirlər ki, “mən ehtiyac səbəbindən bu yola düşmüşəm”. Xeyr, boş söhbətlərdir. İnsan pul qazanmaq üçün 50 yol tapa bilər. Əgər bunu seçirsə, demək, seks vərdişi onu vadar edir”.

Aidiyyəti qurumlar tərəfindən müəyyən dövrlərdə Bakıda bir neçə əxlaqsızlıq yuvasının aşkarlanaraq ifşa olunduğu və qanunla müvafiq tədbirlərin görüldüyü barədə məlumatlara rast gəlmişik. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur.

Bu cür obyektlərdən gələn bəlaların isə sayı-hesabı yoxdur. Müxtəlif növ dəri xəstəlikləri, yoluxucu xəstəliklər məhz bu tip obyektlərdən yayılmağa başlayır. Bu obyektlər isə kimlərin maraqlarına xidmət edir, o müəmmalıdır.

Məsələ ilə bağlı hansı hotelə və ya digər “obyekt”lərə zəng edirsən, əlaqə saxlayırsan, “zəhmət olmasa yaxınlaşın, üzbəüz danışaq” cavabı alırsan. Hotellər isə müraciət edən şəxslərdən nikah haqqında şəhadətnamə tələb etdiklərini deyirlər.

Bəs, yaxşı, o zaman sosial şəbəkələrdə yayılan bu videogörüntülər necə ortaya çıxır?

Videogörüntülərin bir qismi adsız olsa da, birində məkan olaraq “New Baku Hotel” işarələnib. Oxu.Az-ın əməkdaşı elə həmin hotel ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənməyə çalışıb. 

Qeydiyyat şöbəsi videogörüntülərin bu hoteldə çəkilmədiyini, lakin sözügedən şəxsin qeyri-müəyyən səbəblərdən tez-tez hotelin adını işarələdiyini bildirdi. 

Bu özü də maraqlı məqamdır, əgər vətəndaşa rəhbərlik tərəfindən irad tutulmursa, buna bir növ “PR” demək də olar, elə deyilmi?

Hotelin baş meneceri Xəzri Rəhimov isə təmsil etdiyi müəssisənin adının bu cür məsələdə hallanmasından təəssüfləndiyini qeyd edib:

“Sözün düzü, bu paylaşımda bizim hoteli işarələyən şəxsi tanımırıq. Bununla bağlı qarşımıza bir neçə belə videolar çıxmışdı və biz “Instagram” sosial şəbəkəsinə şikayət ünvanlayıb bir neçə foto və videonun silinməsinə nail olduq. Lakin təəssüf edirəm ki, bu kimi videolar yenə qalır. Videogörüntülər bizim hoteldə lentə alınmayıb, hotelimizin interyeri tamamilə fərqlidir. Sadəcə bizim hotelin adından paylaşım edilir, bu məsələnin hüquqi müstəvidə həlli varmı yoxsa yox bilmirik. Aidiyyəti şöbəmiz bir neçə dəfə şikayət edərək, videoların silinməsinə çalışıb”.

<embed src='https://baku.tv/embed/54230' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>

X.Rəhimov qeyd edib ki, vətəndaş barədə hotel rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib:

“Paylaşılan məlumat yanlışdır, bizə aid deyildir. Biz də istərdik ki, həmin şəxsi tapmaqda bizə köməklik göstərilsin. Təəssüf ki, son dönəmlər sosial şəbəkələrdə bu kimi videolar paylaşılır. Vətəndaş olaraq biz də təəssüf hissi keçiririk. Yəqin ki, bu kimi məsələlərdə yanlış məlumat paylaşanlar barədə hüquqi müstəvidə tədbir görülər. Bununla bağlı şirkət rəhbərliyinə və hüquqşünaslara da lazımı tapşırıqlar veriləcək”.  

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Ölkə.az bildirir ki, DİN-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzu ilə əlaqədar nazirliyə daxil olan iddialarla bağlı araşdırmalar aparılır.

“Hazırda ölkədə əxlaqsız yuvası kimi fəaliyyət göstərən hər hansı ictimai iaşə obyekti, hotel haqqında DİN Mətbuat Xidmətində heç bir məlumat yoxdur”.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya