» » Rüstəm Nağıyev: “Ermənistan Azərbaycanın heç bir planını pozmaq iqtidarında deyil”

Rüstəm Nağıyev: “Ermənistan Azərbaycanın heç bir planını pozmaq iqtidarında deyil”

Rüstəm Nağıyev: “Ermənistan Azərbaycanın heç bir planını pozmaq iqtidarında deyil”


Postmüharibə dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışarkən, əlbəttə ki, ölkəmizin beynəlxalq təşkilatlarla təmasları və fəal əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 12-də keçirilmiş və bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur. Əlbəttə ki, bu baxımdan BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha sübut edir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Həmçinin etriaf olunmalıdır ki, ölkəmiz BMT-yə üzv olandan sonra işğal dövründə BMT və qurumun Təhlükəsizlik Şurası Azrbaycanın xeyrinə bir neçə ədalətli qərarlar qəbul etmişdilər. Lakin bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qaldı. Nəhayət Azərbaycan Qarabağ münaqişəsini öz gücünə, birtərəfli qaydada həll etdikdən sonra BMT-nin də üzərindən böyük bir məsuliyyət götürüldü. Yeri gəlmişkən, Şuşada keçirilən bu tədbirin önəmini vurğulayan maraqlı məqamlardan biri də bu beynəlxalq tədbirin Ermənistanda kütləvi isterikaya səbəb olması idi. Dövlət başçısının qeyd etdiyi kimi, postmüharibə dövründə Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq demək olar ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu normallaşmada maraqlıdır.Bu normallaşmaya doğruilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün əsas vacib şərtdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, 2021-ci il ölkəmizin həyatında son dərəcə əlamətdar bir il olmuşdur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanması keşən il Azərbaycanın qarşısında duran iki əsas məsələdən biri idi. Digər vacib məsələ isə beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirməkdən ibarət idi. Bu gün hər iki istiqamət üzrə müsbət nəticələr əldə olunub, Azərbaycan qarşısına qoyduğu vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirib. O cümlədən, BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi də ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Bundan başqa İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etməsini də vurğulamaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha Azərbaycan mövqeyini dəstəkləyən bir neçə qətnamə, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edildi.

Vacib məqamlardan biri də budur ki, 12 aprel müşavirəsində Prezident İlham Əliyev bir da Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunub və öz qəti mövqeyini birmənalı şəkildə ifadə edib. Dövlətimizin başçısı bildirib ki, Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Beləliklə, Azərbaycanın Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planları vaxtlı-vaxtında yerinə yetirilib. 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Ermənistan Azərbaycanın planlarını əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən keçid verilməsə, bu, 10 noyabr Bəyannaməsini pozulması olacaq. Əgər Ermənistan öz öhdəliyini yerinə yetirmək istəməsə, bu zaman Azərbaycan da hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya