» » Ruslan Əliyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əldə etdiyi Zəfərlə iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların qisası alınmışdır

Ruslan Əliyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əldə etdiyi Zəfərlə iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların qisası alınmışdır




“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev - Uzun illər boyu ermənilər tərəfindən Azərbaycan xalqına qarşı təxribat xarakterli qırğınlar olmuşdur. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilib. Azərbaycanın 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaş qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Bu qanlı faciələrdən daha dəhşətlisi 1918-ci ilin mart-aprel tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Bu hadisələr öz amansızlığına və miqyasına görə təkçə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar törədilmişdir. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.

Ekspertlərin rəyinə əsasən Şamaxı hadisələri zamanı rayonun 72 kəndi ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı və böyük əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Adıçəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il ərazidə aparılan qazıntı işləri zamanı aşkar olunub. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Qubada törədilən soyqırımı qurbanları olduğu sübuta yetirildi.

Dinc əhaliyə qarşı münasibətdə ermənilərin xisləti bu gün də dəyişməyib. Necə deyərlər, ot kökü üstə bitər. Belə ki, 2020-ci ilin sentyabrında başlayan 2-ci Qarabağ müharibəsində şanlı Azərbaycan ordusunun döyüş meydanındakı həmlələrinə cavab verməkdə acizlik çəkən ermənilər müharibə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər şəhərlərini hədəfə alırdılar. 1918-ci ildən fərqli olaraq 2020-ci ildə Kütləvi informasiya vasitələrinin imkanları sayəsində erməni xislətinin həqiqi simasını dünya ictimaiyyətinə çatdıraraq əsl soyqırımın kimə törədildiyini göstərmək mümkün olmuşdur.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.


44 İL QAZ TƏSƏRRÜFATI SAHƏSİNDƏ ÇALIŞAN XANIM ƏMƏKDAŞIMIZ TƏQAÜDƏ YOLA SALINDI

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin digər rəhbər şəxsləri 63 illik ömrünün 44 ilini qaz təsərrüfatı sahəsində çalışan, hal-hazırda isə Layihə Konstruktur Bürosunda mühəndis vəzifəsini icra edən Lena Məmmədovanın təqaüdə çıxması səbəbiylə görüş keçiriblər. Lena Məmmədova 1978-ci ildən qaz təsərrüfatı sahəsində çalışır. Ötən illər ərzində işlədiyi sahələrdə bütün kollektivin hörmət və rəğbətini qazanan xanım əməkdaşımız hər zaman üzərinə düşən işi layiqincə yerinə yetirib. Bunun nəticəsidir ki, o, dəfələrlə əmək fəaliyyətində fərqləndiyinə görə fəxri fərmanlarla mükafatlandırılıb. Görüşdə çıxış edən Birlik rəhbərliyi və əməkdaşlar onun ünvanına xoş sözlər səsləndiriblər. Baş direktor Ruslan Əliyev bu illər ərzində Birlikdə çalışan xeyli sayda gənc kadrların da Lena xanımın təcrübəsindən yararlandığını diqqətə çatdırıb. Lena Məmmədova “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Birlik rəhbəri tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Bundan əlavə görüş zamanı baş direktor Birlik əməkdaşlarının iş şəraiti ilə, eləcə də qayğıları ilə yaxından maraqlanıb. Birlik rəhbəri problem və təklifi olan hər bir əməkdaşı fərdi olaraq dinləyib, lazımi tapşırıqlarını verib.

Biz də öz növbəmizdə bugün Birlikdə son iş gününü keçirən Lena xanıma can sağlığı, uzun ömür arzulayır, Birliyin inkişafında xidmətlərinə görə təşəkkür edirik!







“AZƏRİQAZ” İB SAHİBKARLARLA GÖRÜŞLƏRİ DAVAM ETDİRİR

“Azəriqaz” İstehsalat Birliyi sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir. “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti görüş Sumqayıt şəhərində baş tutub. Görüşdə “Azəriqaz” İB-nin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri sahibkarların problem və təkliflərini dinləyiblər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elnur Xanməmmədov dövri yoxlama müddəti çatan sayğacın dövlət yoxlamasına aparıldıqdan sonra həmin sayğacın geri qaytarılmasında müəyyən müddət gecikmə olduğunu bildirib. Birliyin məsul şəxsləri tərəfindən mövcud prosedur qaydaları sahibkarın diqqətinə çatdırılıb, ünvanlanan sualla bağlı lazımi izahatlar verilib. Digər ictimai-iaşə müəssisə sahibləri qaz təsərrüfatına dair heç bir problemlərinin olmadığını Birlik əməkdaşlarının diqqətinə çatdırıblar. Sahibkarlarla yanaşı, sakinlər də qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Kamil Vəliyev yaşadığı yataqxanada quraşdırılan sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsinə etiraz edib. Vətəndaş sonradan ödənişli sayğacın dəyişdirilməməsini xahiş edib. Daxil olan bütün müraciətlər cavablandırılıb, araşdırılması üçün qeydə alınıb.








ŞİRVAN ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARIN QAZ TƏCHİZATI İLƏ BAĞLI PROBLEMLƏRİ DİNLƏNİLDİ

""Azəriqaz" İstehsalat Birliyinin təşkil etdiyi "Açıq mikrofon" aksiyası siz vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdiyi problemlərin həllinə dəstək verməyə xidmət edir". Bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiya çərçivəsində Şirvan şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Vətəndaşların problem və təkliflərini dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər. Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşları aksiyanın imkanlarından maksimum şəkildə istifadə etməyə, qaz təsərrüfatına dair yaranan bütün suallara yerindəcə cavab tapmağa çağırıb. Şirvan Telemexanika zavodunun əməkdaşı Fərzulla İbrahimov debitor borc səbəbindən zavodun qaz təchizatının dayandırıldığını bildirərək, müəyyən ödənişlər olunmaqla qaz təchizatının bərpa olunmasını xahiş edib. Məsələ ilə bağlı dərhal Birlik rəhbərliyinə məlumat verilib. Rəhbərliyin tapşırığı ilə daxil olan müraciət yerindəcə həllini tapıb, zavodun qaz təchizatında yaranan fasilə aradan qaldırılıb. Digər çıxış edən vətəndaşlar qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirib, təşkil olunan aksiyaya görə "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür ediblər.

Məlumat üçün bildirək ki, bu gün təşkil olunan aksiya sayca ümumilikdə 49-cu, sakinlərlə isə 25-ci görüşdür.








  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya