» » Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər

Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər

Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər


Xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması, bütün sahələr kimi, idmanın tərəqqisinə də müsbət təsir göstərir. Bu gün idmana dövlət səviyyəsində yüksək qayğı və diqqət yetirilir. Paytaxtda və regionlarda bir çox olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir.
 Azərbaycanın bir sıra mötəbər yarışlara ev sahibliyi etməsi, idmançılarımızın dünya və Avropa miqyaslı turnirlərdə təmsil olunması, beynəlxalq idman təşkilatları rəhbərlərinin ölkəmizdə bu sahənin inkişafı ilə tanışlığı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. Dövlət rəhbərliyi xalqın, ilk növbədə, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin daha da yüksəldilməsinə çalışır. Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilib. 
Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət və böyük hörmət var. Hazırda  paytaxtda və bölgələrdə gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir ki, idmançılarımız uzun illərdir Azərbaycanı dünyada layiqincə təbliğ edirlər. Qazanılan bu uğurlarda güləşçilərimizin payı daha çoxdur. Belə ki, Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər.
Belə yarışlardan birində - Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında idmançılarımız möhtəşəm uğura imza ataraq, 7 qızıl, 2 gümüş, 7 bürünc olmaqla, ümumilikdə 16 medal qazanıblar. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir. 
Bu günlərdə Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa Çempionatının iştirakçılarını qəbul edib. Dövlət başçısı qeyd edib ki,  Avropa Çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər: “İdmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar…Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.
Bəli əminliklə deyə bilərik ki, idman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir. Hazırda qalib ölkənin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Bolqarıstandan böyük qələbə ilə qayıdan gənc güləşçilərimiz ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar. Qarşıda idmançılarımızı bir-birindən mötəbər yarışlar gözləyir. İnanırıq ki, idmançılarımız bu mötəbər tədbirdə də uğurlu çıxışları ilə xalqımızı sevindirəcəklər.



Araz Hüseynov,
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya