» » Seymur Nazarov Goranboy rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin edilib

Seymur Nazarov Goranboy rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin edilib



Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, müşavirə keçirildi. Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərancamı əsasında, rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilən Nazarov Seymur Fazil oğlu RİH Başçısının Aparatına təqdim edildi. İcra Başçısı, Seymur Nazarova yeni vəzifə səlahiyyətlərinin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini bildirdi. Bildiririk ki, Seymur Nazarov bu təyinatdan öncə rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmçinin müşavirədə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili və icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların yenidən dəqiqləşdirilməsi və elektron sistemə işlənilməsi, Goranboy şəhərində aparılan abadlıq işləri və 02 fevral Respublika Gənclər Günü ümumrayon tədbirinin hazırlanması ilə bağlı ərtaflı müzakirələr aparıldı.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya