» » Bəzi media qurumlarına tutarlı CAVAB - Fuad Hacıyev

Bəzi media qurumlarına tutarlı CAVAB - Fuad Hacıyev

Bəzi media qurumlarına tutarlı CAVAB - Fuad Hacıyev


P.S. Bəzi media qurumları şikayət ediblər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevi tərifləyirlər...Həmin media qurumlarına çatdırırq ki, Biz gördüklərimizi yazırıq...

İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu jurnalist fəaliyyətimdən irəli gəlir. 

"İdman Akademiyasında özbaşınalıqlar – Rektor Fuad Hacıyev peşəkar kadrları uzaqlaşdırıb" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar.

Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir. Son vaxtlar Fuad Hacıyev haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də bir Azərbaycanlı kimi Fuad Hacıyevi çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə Fuad Hacıyev haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki Fuad Hacıyev haqqında yazılar əsasən son zamanlar yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Fuad Hacıyevin şəffaf işini görmək istəmir, kimlərsə Fuad Hacıyev haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir jurnalist alət edilir.

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün xalqı çaşdırmaq Fuad Hacıyevi əhalinin və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan və şantaj xarakterli yazılardan istifadə edirlər. 

Fuad Hacıyevə aidiyyəti olmayan məsələdə nöqsan axtarıb Fuad Hacıyevi günahlandırmaq vicdansızlıqdır.

Sonda isə o şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki bu gün Fuad Hacıyev ilə əhali arasında inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Yaxşı olar ki öz pis əməllərinizi, kimlərinsə çirkin maraqlarını həyata keçirmək üçün başqa ünvan seçəsiniz.

****

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir sıra mükəmməl tezislərlə  yadda  qaldı və ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin ciddi marağına səbəb oldu. Bunu həmin müsahibə ilə bağlı xarici media orqanlarında dərc olunan yazılar da sübut edir. Dövlətimizin başçısı jurnalistlərin suallarına verdyi cavablarda ötən il ərzində görülən işlərin, icra edilən sosial-iqtisadi layihələrin əhəmiyyətini dəqiqliklə ölkə ictimaiyyətinin diqqətinə çatdırdı və yeni mərhələdə həyata keçiriləcək işləri, nəzərdə tutulan vəzifələri aydın şəkildə təhlil elədi.

Bu fikirləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev KİV-ə verdiyi açıqlamada bildirib.

Ölkə başçısının ötən il ərzində ölkəmizin əldə etdiyi hərbi-siyasi, iqtisadi-sosial uğurlardan müfəssəl şəkildə danışması bu günkü ağır sınaqlarla üz-üzə qalmış dünyanın acı reallıqları fonunda müharibədən yenicə çıxmış bir ölkənin siyasi qüdrətindən və iqtisadi nailiyyətlərindən xəbər verir. Bütün bunların gözlənilən nəticəsiydi ki, dünyanın ən böyük narahatlığı sayılan pandemiyanın yaratdığı ağır qlobal problemlər, maliyyə sıxıntıları fonunda Azərbaycan  qarşıda qoyduğu planları uğurla gerçəkləşdirir və eyni zamanda sosial-iqtisadi artımlara da nail olur.

Erməni işğalçılarının misli görünməmiş vandallıq törətdiyi doğma  Qarabağımız bu gün böyük tikinti meydanını xatırladır. Burada dövlətimiz öz hesabına nəhəng quruculuq-bərpa işləri aparılır, ərazisi Livandan da böyük olan bir bölgədə geniş miqyasda infrastruktur layihələri icra olunur. Dövlətimizin başçısı həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinə xüsusi diqqət yetirildiyini xatırladıb və bildirib ki, torpaqları minalardan təmizləmədən infrastruktur qurulmasına və genişmiqyaslı qayıdış proqramının icra edilməsinə başlaya bilmərik. 

Bütün bunların fonunda Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı sahəsində öz modelini ortaya qoyub. Çünki bir çox ölkələr müharibə şəraitində olub. Amma, ölkəmizdə şəhid ailələrinə,müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Bu kateqoriyadan olan insanlar indiyədək 10 minə yaxın mənzillə təmin edilib, 7400 nəfərə isə minik  avtomobili verilib. Bütün bunlar onu göstərir ki, Dünya Birliyində nüfuzlu sosial dövlət kimi tanınan Azərbaycanda əhalinin rifahının, maddi güzəranının yaxşılaşdırılması istiqamətlərində sosial paketlərin gerçəkləşdirilməsi işləri daim diqqət mərkəzindədir və dövlətin bu sahədə apardığı siyasət uğurla davam etdiriləcək.

Mühüm çağırışlarla yadda qalan,  ölkənin bütün taleyüklü məsələlərindən bəhs edən müsahibədə toxunulan ən vacib məqamlardan biri hər zaman olduğu kimi vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nəticələrlə bağlı oldu. Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, son illər göztərilən sözlə əməl arasında göstərilən vəhdət hamıya dərs olmalı, korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparılmalı, əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa cəzası sərt olmalıdır. Məmur vətəndaş münasibətlərinin şəffaflığı, öz fəaliyyətlərində məmurların vətəndaş məmnunluğunu əsas götürmələri ölkəmizin dayanıqlı inkişafını və sabitliyi təmin edən mühüm amillərdən biridir. Daim yeniliyə meyl göstərilən ölkəmizdə dünyada Azərbaycan brendi kimi tanınan “Asan xidmət”, DOST layihələrinin həyata keçirilməsində də əsas məqsəd şəffaflığın qorunması və vətəndaş məmnuniyyətinin artırılmasıdır.

Qarabağ problemi kimi ağır yükü çiynindən atan Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü  və Qoşulmama Hərəkatının sədri kimi dünya təsisatlarının fəaliyyətində hər zaman fəal iştirak edəcək və yeni dünya düzənində təşəbbüslərlə çıxış edən ölkələrdən biri olacaq. Xalqımızın mənəvi səfərbərliyi, xalq- iqtidar birliyi, ölkənin iqtisadi müstəqilliyi, enerji təhlükəsizliyi və Qarabağ Zəfərindən sonra artan imkanlar da bunu deməyə əsas verir ki,  özünə möhkəm tərəfdarlar qazanmış Azərbaycan yaxın zamanlarda  dünya birliyinin öndə gedən ölkələrindən birinə çevriləcək.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya