» » Fikrət Quliyev: Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru

Fikrət Quliyev: Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru

Fikrət Quliyev: Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru



Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyev - Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində İspaniyanın “El Pais” qəzetinə geniş müsahibə verib. Jurnalist cənab Prezidentə müxtəlif aspektlərdən suallar ünvanladı. Ünvanlanan suallar regional məsələlərdən qlobal məəslələrə qədər, dünya ictimaiyyətinin bu gün marağında olan bir çox məsələlərlə bağlı idi. Cənab Prezidentin jurnalistə təmkinlə verdiyi məntiqli cavabları Brüsseldə keçirilən görüşlər ərəfəsində Azərbaycanın mövqeyini ifadə edən bir anons kimi də başa düşmək olardı.

Müsahibədə cənab Prezident Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizlə ölkə ərazi bütövlüyünün təmin edilməsindən və yaratdığımız yeni reallıqdan geniş danışdı. Müsahibədə ölkə başçımız gələcəyə baxışlarımızı ifadə etdi. Beləki, Azərbaycan düşmənçilik səhifəsini bağlayaraq Ermənistana sülh əlini uzadır. Ölkələrarası sərhədlərin delimitasiya-demarkasiya olunması, son sülh müqaviləsinin bağlanması və qonşuluq münasibətlərin yaradılması yaratdığımız yeni reallıqdır. Brüsseldə keçirəcək görüşlə ondan əvvəl keçirilmiş üçtərəfli görüşlər arasında bir fərqin görmədiyini bildirməklə Prezident İlham Əliyev bir növ Brüssel görüşünün gündəliyini təsdiq etmiş oldu. Əsir düşmüş və itkinlərlə bağlı münasibətdə ölkə başçımız Azərbaycanın 10 noyabra olan hərbi əsirlərini qaytardığını və hal-hazırda saxlanılanların hərbi əsir yox, təxribatçılar və cinayətkarlar olduğunu bildirməsi öllkəmizin beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin açıqlanmasıdır.

Ümumiyyətlə cənab Prezidentin müsahibəsini Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru kimi qeyd edə bilərik.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya