Главная > Bölgə > Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI30-04-2021, 13:16. Разместил: admin |
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən şəxs müəyyənləşib. Unikal.org məlumatına görə, icra başçısı vəzifəsi İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəliyev Fəxrəddin Vəli oğluna həvalə olunub. Qeyd edək ki, aprelin 26-sı DTX-nın keçirdiyi əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, onun sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılmışdı. Вернуться назад |