Главная > Bölgə > Ağdamda üç min hektardan çox sahə minalardan təmizlənib
Ağdamda üç min hektardan çox sahə minalardan təmizlənib28-04-2021, 13:13. Разместил: admin |
Ağdam rayonunun işğaldan azad edilən 3 037 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib. Bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir: “Hələlik rayonun işğaldan azad edilən əkin sahələri təmizlənir. Təmizlənmiş sahələrin 2200 hektarına buğda əkilib”. Вернуться назад |