Главная > Bölgə > İsmayıllı meşələri məhv edilir, cənab Prezidentin nəzərinə
İsmayıllı meşələri məhv edilir, cənab Prezidentin nəzərinə9-04-2021, 09:30. Разместил: admin |
İsmayıllı rayonunda meşələr mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Redaksiyamıza daxil olan yeni məlumatlara görə, İsmayıllı rayonunun meşə massivlərində ağacların kütləvi şəkildə qırılması prosesi daha da sürətləndirilib. İsmayıllıda son illər meşələr vandalcasına məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara, eləcə də ekologiya və təbii sərvətlər nazirinə çoxsaylı müraciətlər ediblər, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. İsmayıllı meşələrinə divan tutanlar barədə yazılar dərc etsək də bütün bu özbaşınalıqlara rəğmən bu günə kimi ekologiya və təbii sərvətlər naziri hər hansı bir reaksiya verməyib. Bu isə belə deməyə əsas yaradır ki, İsmayıllı meşələrinin məhvində elə nazirliyin özü də maraqlı tərəfdir. Daha ətraflı növbəti sayımızda. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... Вернуться назад |