Главная > Bölgə > Mübariz Əhmədzadə: Ermənistan höküməti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir
Mübariz Əhmədzadə: Ermənistan höküməti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir13-10-2020, 13:08. Разместил: admin |
Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə - Bu gün Azərbaycan xalqı Möhtərəm cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkə Başçısı xüsusi ilə vurğulamışdır ki, “Əlbəttə ki, ölkəmizin iqtisadi, hərbi potensialı, beynəlxalq nüfuzu Ermənistanla heç cür müqayisə oluna bilməz. Lakin bizim ən böyük gücümüz birliyimiz, həmrəyliyimizdir. Bu birlik və həmrəylik isə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət nəticəsində formalaşıb və möhkəmlənib”. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına bir daha nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib və onların müstəqil Ermənistan dövləti var. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cəbhəboyu yaşayış məntəqələrini atəşə tutması, uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakinin ölməsi və yaralanması, fərdi yaşayış evlərinin dağılması, inzibati binaların ciddi zərər görməsi ilə nəticələnib. Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarını yerinə yetirməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübuta yetirir. Dünya birliyi Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxması və Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırıblar. Bir Azərbaycan vətəndaşı olaraq istəyirəm ki, Ermənistan hökuməti Beynəlxalq Tribunal qarşısında törətdiyi əməllərə görə cavab versin. Dünya ictimaiyyəti Ermənistan hökumətinin əsl üzünü tanımalı, onların əməlləri dünya ictimaiyyəti qarşısında qiymətləndirilməlidir. Вернуться назад |