Главная > Bölgə > Arif Cavadov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilir
Arif Cavadov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilir11-09-2023, 10:14. Разместил: admin |
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Oğuz bələdiyyəsinin sədri Arif Cavadov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Oğuz bələdiyyəsinin sədri Arif Cavadovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq. Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Oğuz bələdiyyəsinin sədri Arif Cavadov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir. Arif Cavadov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Oğuz bələdiyyəsinin sədri Arif Cavadov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Arif Cavadovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Arif Cavadov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Oğuz bələdiyyəsinin sədri Arif Cavadova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Oğuz bələdiyyəsinin sədri Arif Cavadov - “44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətinin təqdimatında əhəmiyyətli rol oynadı. Şanlı Qələbəmiz böyük qətiyyətin, səylərin, sabaha inamın nəticəsi idi. Müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimizin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalında əsas amillərdən biri idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılması ilə tarixə yazıldı. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qısa müddətdə müsbət nəticəsini göstərdi. Ulu Öndərin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” çağırışı dövlətimizin siyasətinin əsas tərkib hissəsinə çevrildi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllində maraqlı olan Azərbaycan bu danışıqlar səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyini istisna etmədi. Diplomatik uğurları önə çəkən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirdi ki, bununla yanaşı, hərbi gücümüzü də artırırıq. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan öz hesabına yaşayır, o cümlədən hərbi gücünü öz hesabına artırır. 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazan, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa edən Azərbaycan Silahlı Qüvvələri nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistanın himayədarları tərəfindən silahlandırıldığı bir daha təsdiqləndi. 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradı, həmçinin paytaxt Bakıda açıq səma altında salınan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya təqdimatıdır.” Dövlət başçısı İlham Əliyevin 7 sentyabr 2023-cü il tarixli “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərmanı məhz ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılmasına və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsinə, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunmasına, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılmasına, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsinə, vahid prinsiplər əsasında idarə olunmasına xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün reallıqlarından və hədəflərindən bəhs edərkən müdafiə gücümüzün daha da artırılmasının vacibliyini, bu istiqamətdə atılan addımları xüsusi qeyd edir: “Bir faktı qeyd etmək kifayətdir ki, bu ilin dövlət büdcəsinə yenidən baxıldı, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirildi. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu məsələlərdir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf edir. Belə bir əminlik ifadə edilir ki, yaxın gələcəkdə Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq. Hazırda Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Uğurlu iqtisadi siyasətimiz ordu quruculuğuna, yeni silahların, texnikaların alınmasına, döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılmasına geniş imkanlar yaradır.” Dövlət başçısı İlham Əliyevin imzaladığı hər bir Fərman və Sərəncam ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. “Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız vardır” söyləyən Prezident İlham Əliyev imzaladığı sənədlərlə, həyata keçirdiyi tədbirlərlə bu planları qısa zamanda reallığa çevirir: “Ölkəmiz artıq çox güclü hərbi sənayeyə malikdir. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir və eyni zamanda, ixrac imkanlarımız artmaqdadır. İradə, düşünülmüş siyasət istənilən vəzifənin yerinə yetirilməsini təmin edir. Dövlətimiz ordu quruculuğunu başlıca vəzifə, davamlı proses olaraq daim diqqətdə saxlayır.” Вернуться назад |