Главная > Bölgə > Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elxan Allahverdiyevin diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elxan Allahverdiyevin diqqətindədir21-06-2023, 11:40. Разместил: admin |
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildiBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi. Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər. Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin mikrorayon ərazisində “ABAD” həyət salınması işlərinin tam başa çatdırılmaması, zirzəminin və girişlərinin dezinfeksiya olunması, ağacların dərmanlanması, bina həyətində oturacaqların qoyulması, küçə işıqlarının lampalarının dəyişdirilməsi, sahibsiz heyvanların yığışdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi. Rayon İcra Hakimiyyətində 14 iyun 2023-cü il tarixində vətəndaşların növbəti fərdi qəbulu keçirildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə 14 iyun 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların fərdi qəbulu keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verdi. Вернуться назад |