Главная > Bölgə > Malik İsaqov: Bütün uğurlarımızın əsasında Ulu Öndərin gücü, müdrikliyi dayanır

Malik İsaqov: Bütün uğurlarımızın əsasında Ulu Öndərin gücü, müdrikliyi dayanır


15-05-2023, 16:14. Разместил: admin
18.jpg

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov - Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Dahi rəhbərin bizlərə miras qoyduğu məqsədyönlü siyasət sayəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirir, siyasi- iqtisadi cəhətdən regionda aparıcı gücə çevrilir.

May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Zəfərimizin rəmzi Şuşa şəhərindən Azərbaycan xalqına müraciəti zamanı Prezident İlham Əliyev qeyd etdiyi kimi Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi hər zaman qoruyub, gələcəkdə də qoruyacaq.

Ən başlıçası Azərbaycanın milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas müəllifi dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqilliyini qoruyub saxlaya bildi.

1990-cı illərin əvvəllərini, Azərbaycanın müstəqillik tarixinin ilk illərində dərin böhranın hökm sürdüyü vaxtları yada salaq. O dövrdə ölkəyə rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi, yaranmış tarixi şansdan istifadə edə bilməmələri müstəqilliyini yenicə qazanmış Azərbaycanı addım-addım ağır böhranlı vəziyyətə yaxınlaşdırırdı. Bir tərəfdən mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu təhlükəli vəziyyətdən ölkəmizi yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Və belə bir ağır vəziyyətdə, dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qaldığı belə bir çətin dövrdə – 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu.

Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımız çoxdan arzusunda olduğu əsil müstəqilliyinə qovuşdu.

Son 20 ildə yeniləşən, müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Qürurla deyirik ki, Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi Ulu Öndərimizn layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır, eyni zamanda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar 2022-ci il 29 sentyabr tarixində Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Respublikanın hər yerində olduğu kimiQubadlı rayonunda da  “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş  silsilə tədbirlər keçirilir.
2023-cü il 10 may tarixində Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov,hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-in inzibati-ərazi dairəsi üzrə nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, qazilər, məktəb kollektivləri, fəal gənclər, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.    
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş olundu.
Azərbaycan RespublikasınınDövlət himni səsləndirildi.
TədbirdəQubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovgeniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi - iqtisadi  əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soy-kökə qayıdışı təmin edib, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirib. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
“Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
    Heydər Əliyev ideyasının ən uğurlu və ən parlaq nümunəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsidir. Ordumuzun parlaq qələbəsi şanlı tariximizdə  “ Zəfər  Qələbəsi ” kimi yadda qalmışdır. Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən, qətiyyətli siyasəti nəticəsində uzun illərdən bəri qələbə müjdəsini gözləyən xalq qalib xalq kimi gələcəyə ümidlə baxaraq Azərbaycan tarixində son 200 ildə ilk dəfə Azərbaycan sərkərdəsinin – Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuzun qələbəsini “8 noyabr Zəfər Günü” kimi  qeyd edir. Bu isə Heydər Əliyev siyasətinin Azərbaycanda alternativi olmadığının ən bariz nümunəsidir. Bu siyasət İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha da qüdrətli dövlətə çevrilməsinə, xalqımızın firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.
     Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi. Torpaqlarımızı düşmən işğalından azad etməklə Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu.
  Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı-Milli Qurtuluş Günü kimi qeyd edir.
           Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək.
O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Hər birimiz Azərbaycanın sabahları naminə, Ulu Öndərin irsini həyat yolumuza örnək bilərək həmin zirvənin işığında addımlayırıq.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
  Məhz Ulu öndərin əsasını qoyduğu müdrik, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edənfilm nümayiş olundu.
Tədbir 28 May Mədəniyyət evinin qarşısında geniş konsert proqramı ilə davam etdirildi.
     Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tərəfindən rayonda keçirilən idman yarışlarında və müsabiqələrdə qalib olmuş iştirakçılar mükafatlandırıldı.
     Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramında respublikanın tanınmış müğənniləri tərəfindən mahnılar ifa olundu, rəqs qrupları müxtəlif rəqs nömrələri nümayiş etdirdi,şeirlər səsləndirildi.Tədbirdə İdmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olundu.
 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi






Вернуться назад