
Quba rayon Yol İstismar İdarəsinin rəisi Azad müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Azad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba rayon Yol İstismar İdarəsinin rəisi Azad müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Quba – İspik avtomobil yolunun asfaltlanma işlərinə başlanılmışdır
21 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulmasına və asfaltlanmasına başlanmış Quba - İspik avtomobil yolunda işlərin gedişatı ilə yerində tanış olmuş, İspik kənd sakinləri ilə görüşmüş və aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.










Вернуться назад
|