Главная > Bölgə > Elxan Allahverdiyev: Prezident İlham Əliyevin qətiyyətli, güclü siyasətçi, mahir diplomat olması torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir
Elxan Allahverdiyev: Prezident İlham Əliyevin qətiyyətli, güclü siyasətçi, mahir diplomat olması torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir14-11-2022, 11:49. Разместил: admin |
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev - Prezident, Ali Baş Komandan İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan qarşıda duran bir nömrəli vəzifəsinin Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi olduğunu vurğulamışdır. Cənab İlham Əliyevin ölkəmizin iqtisadi gücünün artırılması, ordumuzun gücləndirilməsi istiqamətində apardığı uğurlu fəaliyyət qələbəmizi hər gün yaxınlaşdırırdı. 27 sentyabr 2020-ci ildən başlayan 44 günlük Vətən Müharibəsi Azərbaycan dövlətinin tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistan rəhbərliyi məğlub olduğunu anladı. 10 noyabr 2020-ci il tarixdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəs elan edildi və Ermənistan üçtərəfli Bəyanatı imzalamaqla öz məğlubiyyətini rəsmən təsdiqlədi. Bununla da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyuldu. 44 günlük Vətən Müharibəsində dinindən, dilindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri Azərbaycan uğrunda, Vətən uğrunda bir oldular, düşmənə qarşı igidliklə, mərdliklə döyüşdülər. Azərbaycanın ərazi bütövlüyü təmin edildi və "DQMV"adlı ərazi tamamilə süquta uğradı. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Azərbaycan döyüş meydanında olduğu kimi, danışıqlar masası arxasında da Ermənistan üzərində qələbə qazandı. Prezident İlham Əliyevin qətiyyətli, güclü siyasətçi, mahir diplomat olması torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Vətən Müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi taktika və bu taktikanın mükəmməl icra edilməsi dünyanın bir çox hərbi məktəblərində öyrənilməkdədir. Türkiyənin müharibənin ilk saatlarından Azərbaycana göstərdiyi dost, qardaş, eləcə də mənəvi və siyasi dəstəyi ölkəmizi xarici müdaxilələrdən qorudu. İmzalanmış Bəyanata əsasən reallaşacaq bütün kommunikasiya layihələri vasitəsilə Naxçıvan Azərbaycanın əsas ərazisi ilə quru yollarla birləşəcək və bu tarixi bir hadisə olacaq. Üçtərəfli Bəyanatın imzalanması 30 illik erməni işğalına son qoydu, Qarabağın statusu məsələsi arxivə göndərildi və Ermənistanın "Böyük Ermənistan" xülyaları alt-üst oldu. Вернуться назад |