Главная > Bölgə > Namizəd İsmayılov: Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilib
Namizəd İsmayılov: Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilib21-06-2022, 09:00. Разместил: admin |
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov - Artıq uzun illərdir ki, Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilib. Ölkəmizdə dünyanı daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların keçirilməsi Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Məhz belə beynəlxalq tədbirlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər. Xüsusəndə iqtisadi cəhətdən bu tədbirlərin təşkili çox faydalıdır. Çünki ölkəmizə gələn hər bir qonaq respublikamızda yatırımlar üçün əlverişli şəraitin və imkanların olmasını, eyni zamanda sabitliyin hökm sürdüyünü görür. Bu mənada beynəlxalq tədbirlər investisiya cəlbi üçün də böyük əhəmiyyət kəsb edir. Məhz növbəti belə tədbirlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumudur. Forumun paytaxtımızda keçirilməsi bir daha göstərir ki, beynəxalq aləm, dünya birliyi Azərbaycana, onun müasir dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir. Tədbirdə müzakirə olunan məsələlər dünya mediyası tərəfindən də yaxından izlənilir. Çünki Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması buna zəmin yaradır. Keçənilki Forumunun “COVİD-19-dan sonrakı dünya” mövzusunda keçirilməsi də ümumbəşəri bəlaya çevrilən və artıq necə illərdir ki, bütün dünyanı ciddi sınaqla qarşı-qarşıya qoyan pandemiyanın qlobal səviyyədə diqqətdə olması baxımından da xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifini də Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündəki çıxışı zamanı irəli sürmüşdü. Bu tipli tədbirlərin nəticəsidir ki, bu gün dünyada COVİD-19 pandemiyasının kəskin surətdə azaldığının şahidi oluruq. IX Qlobal Bakı Forumunda müzakirə olunan mövzuların predmeti o qədər zəngindir ki, iştirakçıların hər biri onların daha təfərrüatlı öyrənilməsində və müzakirəsində yetərincə maraqlıdır. Prezident İlham Əliyev də Forumun açılışı zamanı söylədiyi nitqində çox maraqlı məqam və mətləblərə toxundu. Dövlət başçısı Azərbaycan həqiqətlərindən, Cənubi Qafqazda sabit, dayanıqlı inkişafdan, Qarabağla bağlı haqlı mövqeyimizdən, 2-ci Qarabağ savaşındakı qələbəmizdən, BMT-nin uzun illər havada qalan qətnamələrini məhz özümüzün icra etməsindən, Dünyanın enerji təhlükəsizliyinindən, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üçün sülhün əhəmiyyətindən, Azərbaycanın humanitar fəaliyyətindən, pandemiya ilə mübarizə istiqamətində görülmüş işlər və bu kontekstdə Azərbaycanın ümumbəşəri töhfələrindən danışdı. Sonda bir daha qeyd edim ki, Azərbaycanın Vətən müharibəsindən sonra təkcə Ermənistanla deyil, onun havadarları ilə də apardığı siyasi və diplomatik mübarizədə bu cür mötəbər forumların və dünya mediyasında müsbət əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi çox vacibdir. Вернуться назад |