Главная > Bölgə > Quba şəhər 2 saylı tam orta məktəbində "Pul Alveri"
Quba şəhər 2 saylı tam orta məktəbində "Pul Alveri"13-06-2022, 10:17. Разместил: admin |
Redaksiyamıza daxil olan məlumata görə Quba şəhər 2 saylı tam orta məktəbdə bütün şagirdlərdən sinif otaqlarının təmiri üçün 10-30 manat arası pul toplanılıb. Pulu verməyə imkanı olmayan valideynlər bu barədə redaksiyamıza məlumat veriblər ki, bu tapşırıq sinif rəhbərləri tərəfindən məktəb direktorunun göstərişi ilə verilib. Direktor Eynulla Camalov 1400 şagirddən təxminən 20 manat toplasa bu 28,000 manat vəsait edir. Valideynlər qeyd edib ki bu barədə yeni yaranmış Regional Təhsil İdarəsinə telefon zəngi ilə məlumat verdikdən sonra bütün pullar qaytarılıb idarənin işçiləri məktəb direktorundan və müəllimlərdən izahat alıblar, onları sərt tənqid ediblər. Xatırladaq ki, bir neçə gün bundan əvvəl Eynulla Camalovun Fərqi adlı oğlu Quba şəhərində müxtəlif insanlardan onları işə düzəltmək adı ilə 170,000 manatdan çox pul alıb. Həmin adamlar pullarını geri istəyəndə məsələnin üstü açılıb. Fərid isə yalandan özünü zəhərləmək istəyib bir neçə gün xəstəxanada qalıb indi insanlardan gizlənərək yaşayır. Bütün borclular Eybullanın yanına gələrək pullarını istəyirlər. Eynulla Camalov evini sataraq pulun bir qismini ödəsədə digər hissəsini ödəyə bilmir. Yəqin buna görə şagirdlərdən pul yığaraq borcunu ödəmək istəyir. Ardı var.İntertv.az Вернуться назад |