Главная > Bölgə > Süleyman Mikayılov: Həmrəyliyin bəhrəsini yaşayan xalq

Süleyman Mikayılov: Həmrəyliyin bəhrəsini yaşayan xalq


29-12-2021, 08:30. Разместил: admin


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov - Son illər ərzində Azərbaycanda hərbi sahəyə böyük diqqət yetrilir. Hərbiçilərin xidmət şəraiti onların istənilən vəzifəni icra edə biləcəyi formada qurulmuşdur. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımı standartlara cavab verir.

Yalnız hərbiçilərin xidmət şəraiti deyil, eyni zamanda onların məişət-mənzil problemlərinin həlli də diqqət mərkəzində saxlanılır. 20 il orduda qüsursuz xidmət etmiş hərbiçilərə dövlət tərəfindən mənzillər verilir. 2200-dən çox hərbiçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Azərbaycanın müzəffər ordusu dünyada məhz müzəffər, qalib gəlmiş ordu kimi tanınır.

Müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb. Yeni kontraktlar əsasında Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Hərbiçilərin maaşlarının artırılması da onu göstərir ki, müharibənin başa çatmasına baxmayaraq, ordu quruculuğu prosesi dayanmamışdır. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər.

II Qarabağ müharibəsi zamanı Hadrutun işğaldan azad edilməsi gələcək planlarımıza əlavə dəstək oldu. İlk işğaldan azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən ilin oktyabrın 9-da bu qəsəbəni işğaldan azad etmişdir. Ermənilər hər vəchlə Hadrutu nəzarət altında saxlamağa çalışırdı. Hadrut haqqında yalanlar yayır, mənəvi-psixoloji vəziyyəti düzəltməyə çalışırdı. Halbuki Hadrut əməliyyatından sonra Ermənistan ordusunda 10 min fərari olmuşdu. Mənfur düşmən 30 il ərzində işğal altında olan torpaqlarımızda güclü istehkamlar və bir neçə xətdən ibərət müdafiə sədləri qurmuşdu. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Bizim hərbiçilərimizin vətənpərvərliyi, peşəkarlığı bu şərəfli qələbəmizə nail olmaq üçün imkan yaratdı. Erməni yalanları ifşa olundu. 44 günlük müharibə Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan xalqı öz hədəfinə nail oldu.

"Həmrəyliyin bəhrəsini yaşayan xalq"

Xalq Qarabağı azad etdi. Torpaqların əsil sahibləri geri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqda əbədi yaşayacaq. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq.

2003-cü ildən-Prezident vəzifəsinə seçilən gündən xalqımızın dəstəyi cənab prezidentimizlədir. Ulu öndər Heydər Əliyevin "Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq"sözləri artıq təsdiqini tapmışdır. Azərbaycan muğamı əbədi olaraq Qarabağda səslənəcəkdir. Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbayan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir.

Tarixi uğurunuz və 60 yaşınız mübarək, Cənab Ali Baş Komandan!



Вернуться назад