» » Laçın boşdur, bir nəfər də erməni qalmayıb

Laçın boşdur, bir nəfər də erməni qalmayıb

Laçın boşdur, bir nəfər də erməni qalmayıb


Laçın şəhəri boşdur, orada bir nəfər də sakin yoxdur, hər yer bağlıdır, mağazalar işləmir. Laçında Rusiya sülhməramlılarının postlarından və keçib gedən avtokolonlardan başqa heç nə yoxdur.
Turan.az xəbər verir ki, bunu Azərbaycanın güc qurumlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

Onun sözlərinə görə, Laçın dairəsində ancaq Ermənistan nömrəsi olan 3-4 avtomobil görüb, halbuki, bu dairədən hər gün çoxsaylı ağır hərbi texnikaya malik Azərbaycan kolonları keçir.

Əməkdaş Qarabağa uzun sürən ezamiyyətdən qayıdıb, Qubadlı, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl və Zəngilan ərazilərindən keçib.

Razılaşmaya əsasən erməni avtokolonları sülhməramlıların müşayiətilə Laçın yolu ilə Ermənistana həftənin tək günləri, azərbaycanlı kolonlar isə cüt günlər keçir. Azərbaycanlılar bu qrafikə ciddi əməl edir, ancaq ermənilər bu yolla həftənin bütün günləri gedirlər. Çərşənbə axşamı, cümə axşamı və şənbə günləri erməni sürücülər Azərbaycan kolonlarının səhər saat 9:00-da şimaldan cənuba, axşam saat 16:00-da isə cənubdan şimala gedəcəyini gözləyirlər və bu vaxt aralığında hərəkət edirlər, - mənbə bildirib.

O əlavə edib ki, azərbaycanlı və erməni sürücülər rusların tələbi ilə avtomobillərdən milli bayraqları çıxarırlar. Sülhməramlılar deyirlər ki, bu, ona görə edilir ki, yerli əhali onların hərəkətinə mane olmasın. Əvvəllər yol kənarlarında duran mülki şəxslərin avtomobilləri daşa basması halları olub.

Azərbaycan güc strukturunun zabiti Laçında ancaq Rusiya bayraqlarını görüb. O, rusiyalı hərbçilərlə söhbət edib. Rusiyalı öz təəssüratlarını bölüşüb, deyib ki, azərbaycanlılarla söhbətlərdə dinc həyatın vacibliyi barədə mülahizələr eşidir. Rusiyalılarla açıq danışan ermənilər isə türkləri necə öldürdüklərindən həvəslə danışırlar.

Rusiya Silahlı Qüvvələrinin bu sülhməramlısı hesab edir ki, Rusiyanın regionda hərbi iştirakı ilk beş ildən çox çəkməyəcək.

Rayonun coğrafi xüsusiyyətlərindən asılı olaraq sülhyaratma postlarının və patrulların sxemi fərqlənir. Əgər dağların yüksək olmadığı Ağdamda (Şelli kəndi ərazisində) rusların mobil patrulları Azərbaycan və Ermənistan hərbi postları arasında hərəkət edirsə, Laçında və Qubadlıda belə şey mümkün deyil. Münaqişə tərəflərinin postları dağların yamaclarında və ya silsilələrində yerləşir, onların arasında rusların patrul çəkməsi üçün yol yoxdur və müharibə edən orduların əsgərləri bir-birinin qarşısında dayanırlar.

Həmsöhbətimiz Kəlbəcərdə çoxlu azərbaycanlı fermer görüb. Onlar özlərinə məxsus kənd təsərrüfatı heyvanları sürüsü və arı pətəklərinin yaxınlığında çadırlarda yaşayırlar.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya