» » Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO

Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO

Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO


“Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub”.
Report xəbər verir ki, bunları Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Bildirim ki, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub. Bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir. Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək", - o qeyd edib.

"Noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.

Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli Bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək", - deyə Vaqif Dərgahlı əlavə edib.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya