» » Qubada karantini pozanlar cərimələndi

Qubada karantini pozanlar cərimələndi

Qubada karantini pozanlar cərimələndi


Qubada karantin rejimini pozan şəxslər cərimə olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Zöhrab Abdullayev və orada olan 17 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilən digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, sahibi Rəhman Süleymanov və orada çalışan iki işçi barədə inzibati qaydada tədbirlər görülüb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Qalereya