» » Elman Məmmədov: İşğal olunan Azərbaycan ərazilərində ermənistan tərəfindən mədəni abidələrimizin yerləri dağıdılıb

Elman Məmmədov: İşğal olunan Azərbaycan ərazilərində ermənistan tərəfindən mədəni abidələrimizin yerləri dağıdılıb




Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədov - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar da yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb. Bundan əlavə, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib. Bütün bu faktlarla bağlı monitorinqin aparıldığını söyləyən Elman Məmmədov deyib: “Onların necə geri gətirəcəyimizlə bağlı məsələ qaldıracağıq. Bura dəyərli eksponatlar, xalçalarımız daxildir. Biz bəzi hərraclarda dəyərli xalçalarımızı tapmışıq. Həmin xalçaları və dəyərli eksponatları ölkəmizə qaytarmağa davam edəcəyik”.
“Mədəni irsin hədəfə alınması, müharibə cinayətidir. Ermənistan 27 ildən çoxdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edir və ya dəyişdirir. Bu, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırıcı missiyaları tərəfindən sənədləşdirilib. Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən 1954-cü il üçün UNESCO-nun Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyasına və onun iki protokoluna zidd olduğunu göstərir” – deyə Elman Məmmədov vurğulayıb.
 Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi rayonlarda yerləşən tarix-mədəniyyət abidələri, mədəniyyət evləri, kitabxanalar, teatr, musiqi məktəbləri və muzeylərə dəyən zərərin ölçüləcəyini, müvafiq monitorinqlərin aparılacağını, habelə  həmin abidələrin və mədəniyyət müəssisələrinin Mədəniyyət Nazirliyi tərəfindən bərpa ediləcəyini, bu torpaqlara xalqımızın zəngin mədəni ruhunun geri qaytarılacağını bildirmişdir.

Vətənimizdə baş verən hadisələrə hamı kimi, mən də layeqd qala bilmirəm. Bir vətəndaş kimi öz mövqeyimi bildirmək istəyirəm. Rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması yolunda apardığı mübarizə, qazanılan zəfərlər mənim ürəyimi qürur hissi ilə doldurur. Hər gün, hər saat cəbhədən qələbə xəbəri gözləyirik. Illərlə vətən həsrəti çəkən qaçqın və məcburi köçkünlər in hər kəndimizin, hər yüksəkliyimizin alınmasına göstərdiyi sevinc ürəyimizi kövrəldir.
Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir. Müzəffər ordumuzun peşəkar, yüksək təhsilli zabitlərinin yetişdirilməsi onun birbaşa diqqəti və qayğısı sayəsində mümkün olmuşdur. Ordumuzun yüksək texnologiya silahları ilə təminatı onun göstərişi ilə baş vermisdir. Hakimiyyətdə olduğu bütün illər ərzində prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirmişdir. Bu gün biz müharibəni təkcə cəbhədə yox, həmçinin qlobal informasiya şəbəkəsində,dünyanın siyasi arenasında da aparmağa məcburuq. Biz quruculuq işləri ilə məşğul olarkən düşmənlərimiz bütün dünyada bizə qarşı mənfi imic formalaşdırmaqla məşğul idilər. Amma bu gün çox qürurverici bir haldır ki, dövlət başçımız bu stereotipləri də öz zəkası ilə darmadağın etməkdədir. Dünyanın bir çox aparıcı media şirkətləri obyektivlik nümayiş etdirərək hər iki dövlət başçısı ilə müsahibələr aparır və yayınlayır. Prezidentimizin dəqiq, soyuqqanlı arqumentlərə və tarixi faktlara söykənən cavabları qarşısında digər tərəfin tutarsız kəkələmələri çox gülünc görünür. Həm müsahibəni aparan jurnalistlər həm də dinləyicilər İlham Əliyevin əsl siyasətçi zəkasına heyran olur. Bütün dünya bizim haqq səsimizi eşidir və anlayır ki xalqımız dövlətimizlə birlikdə 30 illik ədalətsizliyi aradan qaldırır. Ordumuz beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyüny bərpa edir. Çünki 26 ildir aparılan danışıqlar işğalçı dövlətin şüursuzluğu nəticəsində heç bir fayda vermədi. Həm Ermənistanın həm də separatçı quldur rejimin başçıları həm çıxışları ilə özlərini bütün dünyada biabır etdilər,onlara heç havadarları da kömək edə bilmir. Çünki biz artıq 90-93-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyilik. Bizim zəngin və güclü dövlətimiz var, bizim hər sözündə, hər əməlində xalqa arxalanan prezidentimiz və prezidentə sonuna qədər güvənən xalqımız var. Bu gün millətindən,dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla döyünür. Biz prezidentimizin ətrafında yumruq kimi birləşmişik və əminik ki, bu birlik bizi böyük zəfərə aparacaq! Allah prezidentimizi qorusun! ALLAH əsgərlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!
Qarabağ Azərbaycandır!

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya