» » Qubada vəzifə saxtakarlıgına görə işdən azad olunan icra nümayəndələrinin əməlinə hüquqi QİYMƏT VERİLƏCƏKMİ?

Qubada vəzifə saxtakarlıgına görə işdən azad olunan icra nümayəndələrinin əməlinə hüquqi QİYMƏT VERİLƏCƏKMİ?

Qubada vəzifə saxtakarlıgına görə işdən azad olunan icra nümayəndələrinin əməlinə hüquqi QİYMƏT VERİLƏCƏKMİ?


Təxminən bir neçə ay öncə respublikamızda fəaliyyət göstərən çoxsaylı mətbuat orqanlarında , internet saytlarda belə bir xəbər tirajlandı ki,  DOST İŞ Mərkəzi vasitəsilə işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əməkhaqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili, qeyd olunan şəxslərin bu işlərə cəlb olunması və nəzarəti istiqamətində Quba rayon Vladimirovka, Talabıqışlaq kənd və Zərdabi qəsəbə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə bir sıra qanun pozuntuları aşkarlanıb. Mövcud qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin əməlinə hüquqi qiymət verilməsi məqsədilə Quba rayon icra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən komissiyanın topladığı sənədlər rayon prokurorluğuna göndərilib.

BİA.az olaraq bu xəbərlə bağlı araşdırma apararkən əsaslı faktlarla qarşılaşdıq. Öyrənə bildik ki, Talabıqışlaq kənd İƏD üzrə nümayəndə işləmiş Şahin Heybətov əvvəllər Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş qardaşı Xanlar Heybətovun köməkliyi və tapşırığı ilə bacısı Ömərova Simuzər Nizam qızı,qardaşı Heybətov Süleyman Nizam oğlu,yeznəsi Ömərov İlyas Ömər oğlu, əmisi oğlu Heybətov Suhbala Xanbaxış oğlunu Dost iş Mərkəsi xəttilə müvafiq işlərlə təmin etsə də,faktiki olaraq həmin şəxslər təhkim olunan işlərdə fəaliyyət göstərməmiş,həmin işlərə isə həqiqətən ehtiyacı olan aztəminatlı ailələr bu prosesdən kənarda qalmışlar.Eyni zamanda dörd nəfər (ər Əsədov Şənhəyat Şövkət oğlu, arvad-Əsədova Ədilə Şükür qızı, ər-İskəndərov Xanbala Baba oğlu və arvad İskəndərova nuranə Xələf qızı)işçinin iki ailəni təmsil etdikləri məlum olub ki,bu da yolverilməzdir.Bu nümayəndəlikdə aparılan yoxlamalar zamanı böyük məbləğdə maliyyə vəsaitinin mənimsənildiyi, dövlət qulluqçusu ola-ola sahibkar fəaliyyəti ilə məşğul olma, fermerlərə dövlət tərəfindən ayrılan subsidiyaların verilməsində pozuntular,nümayəndəlik ərazisindəki dəmir suvarma boruların çıxarılaraq satılması, vətəndaşlara məxsus torpaq sahələrinin mənimsənilməsi və sair kimi faktlar da aşkarlanıb.Bütün bu faktlar Quba rayon icra hakimiyyəti tərəfindən rayon prokurorluğuna göndərilən təqdimatda qeyd olunub.

Qubanın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyində aparılan yoxlamalar zamanı isə aşkarlanıb ki, Quba rayon icra Hakimiyyəti başçısının bu qəsəbə üzrə nümayəndəsi işləmiş Ramin Nəcəfov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək.Dost İş xətti ilə ictimai işlərə cəlb olunan vətəndaşlarla bağlanan müqavilələrin şərtlərindən öz şəxsi maraqları üçün istifadə edib. Faktlara diqqət yetirək. Əmək müqaviləsi bağlanan şəxslərdən Salmanova Günay Əmirbala qızı, İbrahimova Lətafət Cəlil qızı,muradova Zeynəb Nifti qızı,Muradov Nazif Ruzman oğlu,Salmanov Pərviz Sənan oğlu,Nəsirov Ağa-Yusif Eyvaz oğlu, İsmayılov fuad Məzahir oğlu,Allahverdiyev Elşən Rzaxan oğlu,İsmayılov Rüstəm mikayıl oğlu və Muradov Sədrəddin Nazif oğlu ümumiyyətlə işə çıxmamış və onların əmək haqqı kartlarının icra nümayəndəsi işləmiş Ramin Nəcəfov tərəfindən hansı məqsədlər üçün istifadə edildiyi müəyyən edilməmişdir.

Eləcə də cari ilin aprel ayında Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş İslam Abayevin xüsusi karantin rejiminin qaydalarını gobud şəkildə pozması faktı da müəyyən edilmişdir.islam Abayev vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə ( 100-dən artıq) Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsi də müəyyən edilmişdir.Keçmiş icra nümayəndəsinin əməlinə hüquqi qiymət verilməsi üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən toplanan bu materiallar da rayon prokurorluğuna təqdim olunub.

Onu da qeyd edək ki, ölkəmizdə bu cür hallara yol verən məmurlara qarşı sərt tədbirlərin görüləcəyi, aztəminatlı ailələrə dövlət tərəfindən verilən yardımların mənimsənilməsi, ictimai işlərə cəlb olunanların imtiyazlarından məhrum edilməsinin ciddiliyi və bağışlanmazlığı barədə dövlət başçımız İlham Əliyevin barışmaz mövqeyi hər birimizə məlumdur.Bu sahədə nöqsanlara yol verən çoxsaylı məmurlar barəsində sərt tədbirlər görüldü,həbs olundular.Əminik ki, Qubada da bu cür hallara qarşı tədbirlər davam etdiriləcək, yuxarıda qeyd olunanlar nəzərə alınaraq Vladimirovka , Talabıqışlaq kəndləri və Zərdabi qəsəbə icra nümayəndəliklərində qanunazidd əməllər törədənlərin hüquqi qiyməti veriləcək.
Mövzunu diqqət mərkəzində saxlayacagıq.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya