İcra məmurunun qanunsuz hərəkətləri
Azərbaycan Respublikası Ədliyyə Naziri Cənab Fərid Əhmədova
Surəti:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə
Surəti:
Azarbaycan Respublikası Ədliyyə Nazirliyi Strateji araşdırma və manitorinq baş idarəsinə
Surəti:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Icra baș İdarəsinə
Surəti:
Məmmədov Elşən Məhəmməd Oğlu Ağsu rayonu S Rzayev kūçəsi, döngə 3,ev 10
SiKAYƏT
(icra məmurunun qanunsuz hərəkətləri barədə)
Hörmətli cənab Nazir
Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)- -3/2024 sayll, 12.08.2024-cü il tarixli qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e- 2 2(117)- 421/ 2023 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi iddianin qismən təmin edilməsi, Səforov Mehman Fattah oğlu ilə Babaxanov Nizaməddin Azad oğlu arasinda bağlanmış 01.02.2019-cü il tarixli icarə müqaviləsi ləğv olunmuş hesab edilsin, cavabdeh Babaxanov Nizamaddin Azad oğlu Ağsu rayon İcra Hakimiyyəti 31.03.1999-cu il tarixli 45 say|ı sərəncamı ilə Ağsu şəhərinin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov kūçəsinin kasişdiyi ərazidə iddiaçı Səforov Mehman Fəttah oğluna ayrılmış 110 kv.m torpaq sahəsində inşa olunmuş eyni ölçülü mağaza binası- tikilisindən çıxarılsın və 1100 manat icarə haqqı borcu cavabdeh Babaxanov Nizaməddin Azad oğlundan tutularaq iddiaçı Sofarov Mehman Fattah oğluna verilsin, iddianin qalan hissədə təmin edilməməsı qət olunmuşdur. Həmin qətnamə üzre icra vərəqəsi tərtib edilərək Ağsu rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru Rasif adli şəxs təyin edilmişdir. Bildirirem ki, qeyd olunan qətnamədə borclu Babaxanov Nizaməddin Azad oğlunun çixarilması nəzərde tutulan əmlak hazirda faktiki olaraq mənim istifadəmdədir va təxminən 20 il əvvəl həmin qeyri-yaşayış sahəsini mən tikmişim və bu gündə mən istifadə edirəm. Bundan əlavə qeyd olunan qeyri-yaşayış sahəsində mənim əmlaklarım mövcuddur. Hazırda həmin əmlaka dair Şəki Kommersiya Məhkəməsində tələbkar olan Safarov Mehman Fattah oğlu ilə mübahisəmiz vardır və davam edir. Lakin icra məmuru bütün bu hallara baxmayaraq hər hansı bir icra prosesi teyin etmədən və fatiki olaraq əmlakın sahibi kimi mənə, nə də borcluya məlumat vermədən qanunsuz olaraq özbaşına icra prosesi keçirmiş, bizə bu barədə məlumat verməmiş qeyri-yașayış sahəsindən qanunsuz olaraq icra verəqəsinde göstərilməsinə baxmayaraq obyektin qapısını qırmış, xəbərim olmadan açarlarını dəyişərək tələbkara təhvil vermişdir. Icra məmuru bu hərəkətləri ila Babaxanov Nizaməddin Azad oğlu ila birlikdə məni də həmin əmlakdan çıxartmışdır. Bundan əlavə əmlaklarım həmin obyektdə qalmış və qanunsuz olaraq həmin əmlakların çıxarılmasınada cəhd etmişdir. Hazırda əmlaklarımın aqibəti mənə məlum deyil. Hormətli Fərid müəllim, ədalətin bərpa edilməsinə kömək olacağınıza əminəm. Sizdən xahiş ediram ki, qanunsuzluğa yol vermiş icra məmurunun cəzalandırılması barədə tədbir görəsiniz və icra işini nəzarətə götürəsiniz.
Məmmədov Elşən Məhəmməd oğlu