Səbinə Salmanova seçicilərlə növbəti görüşünü keçirdi - FOTOLAR
Seçki günü yaxınlaşdıqca deputatlığa namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası daha da aktivləşib. Namizədlər dairələrinə aid olan bütün ərazilərə getməyə, seçiciləri ilə birbaşa təmasda olmağa çalışır. Aktiv şəkildə aparılan seçki prosesi Sumqayıtda da öz axarı ilə davam edir. Sumqayıt seçiciləri də namizədlərlə görüşdə aktiv iştirak edir, fikirlərini səmimi şəkildə ifadə edir, onlardan hansı gözləntilərinin olduğunu dilə gətirirlər.
45 saylı Sumqayıt dördüncü seçki dairəsində namizədlərin aktiv seçki kampaniyası davam edir. Bu dairədən deputatlığa namizəd Səbinə Salmanova bu gün seçicilərlə növbəti görüşünü keçirib.
Görüş ilk dəqiqələrdən seçicilərin ciddi marağına səbəb olub. Yüksək səviyyədə təşkil olunan və keçirilən görüşdə namizədin vəkilləri çıxış edərək Səbinə Salmanova haqqında seçicilərə geniş məlumat verilib.
Namizədin bu günə qədərki fəaliyyəti, gördüyü işlərlə bağlı verilən məlumatlar seçicilərin marağına səbəb olub.
Daha sonra çıxış edən digər görüş iştirakçıları Səbinə Salmanovanın namizəd olduğu dairə üçün nəzərdə tutduğu işlər, planlar və proqramları haqqında danışılıb.
Səbinə Salmanova isə çıxışında Sumqayıtı tanıdığını, problemli məsələləri bildiyini və onların həlli üçün nəzərdə tutduğu planları və təklifləri seçicilərin diqqətinə çatdırıb.
Namizəd eyni zamanda seçicilərə görüşə göstərdiyi marağa və ona olan səmimi münasibətə görə təşəkkür bildirib.
Görüşün gedişatında seçicilər söz alaraq onları narahat edən məsələlərlə bağlı Səbinə Salmanovanın fikirlərini alıblar.
Görüş qarşılıqlı müzakirə şəklində davam edib, seçicilər Səbinə Salmanovanın artıq parlamentdə öz təmsilçiləri kimi gördüklərini bildiriblər.