» LAÇIN SƏRHƏD QAPISIDIR

LAÇIN SƏRHƏD QAPISIDIR

  • 26-08-2024, 15:38
  • ---
  • 0
  • 26
LAÇIN SƏRHƏD QAPISIDIR


Avqustun 26-sı Azərbaycanda Laçın şəhəri günü kimi qeyd olunacaq. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb və bu mübarək günlərin qeyd olunması Azərbaycanın sərhəd qapısı olan Laçından başladı. Mübarək bir gündür. Həm də Laçına böyük qayıdışla bəzənən, müşaiyyət olunan tarixi gündür. Qısa müddət ərzində artıq yenidən qurulan Laçın şəhərinə minə yaxın sakin qayıdıb, 30 ildən sonra şükranlıq edə-edə öz evində-eşiyində rahat həyatlını yaşamağa başlayıb. Laçın rayonunun Zabux kəndinin sakinlərinə mənzillərinin açarlarının verilməsi tarixi əhəmiyyət daşıdı.
Ermənistan Laçının azad edilməsi üçün Azərbaycandan vaxt istəmişdi, ancaq bu vaxtadək də sözünə əməl etmədi və yalnız ordumuzun lokal əməliyyatından sonra özünün tör-töküntülərini ərazilərimizdən rədd elədi. Beləliklə, iki il əvvəl, 2022-ci ilin 26 avqustunda  Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri Azərbaycanın nəzarəti altına keçdi, bayrağımız Laçının mərkəzində qaldırıldı. 30 il 3 ay işğal altında qalan Laçın hər kəsi heyran edəcək qədər yenidən quruldu, öz doğma adamlarını qəbul etdi, artıq orda həyat var. Yaşyış təmin edilib..
Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində  “Laçın” sərhəd-buraxılış məntəqəsinin  qurulması mühüm tarixi hadisə oldu. Qürurumuz olan üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı, bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu, Azərbaycan dövlətçilik tarixində bir ilkdir, şərəf tariximizin olduqca önəmli səhifəsidir. Laçın rayonunun girişində sərhəd qapımızın qoyulması ilə suveren ərazi bütövlüyümüz bərpa edilməsi kimi tarix oldu..
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirdirlər.  Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışdı. Amma bütün bu cəhdlər boşa çıxdı, Azərbaycan haqqlı mövqeyindən bir addım belə dala çəkilmədi.
Laçın şəhərinin Azərbaycanın taleyində nə qədər önəmli rola sahib olduğunu biz də yaxşı bilirik, elə düşmənlərimiz də. Hətta bu, yeni məsələ də deyil, hələ keçən əsrin əvvəllərində Laçın uğrunda daşnak Andanikin dəstəsi ilə ağır döyüşlər də məhz bu ərazinin əvəzsiz strateji üstünlüyə malik olmasının məntiqi nəticəsiydi. Daşnakların başçısı bu torpaqlar uğrunda savaşdan qulağıkəsik döndü, amma əsrin sonunda növbəti dəfə xəyanətlərdən, Azərbaycan əleyhinə olan qüvvələrdən yararlanıb növbəti dəfə Laçına sahiblənə bildilər. 44 günlük müharibənin yekununda növbəti dəfə burunları ovuldu. Amma hesab edirlər ki, Laçın yolu “karvansaray qapısı” kimi taybatay açıq olmalı, bunlarsa istədikləri hərbi yükləri, silah-sursat, minaları Qarabağa rahat şəkildə daşıyıb Azərbaycana meydan oxumaq fürsəti qazanmalıdırlar. Olmadı. Qətiyyətli Ali Baş Komandan, ağıllı və uzaqgörən Prezident İlham Əliyev nəyi nəzaman etməli olduğunu çox gözəl bilirdi. Hər addımı da düşünülmüş formada atırdı.
Nəticə isə göz qabağındadır. Laçın şəhər gününü bu il çox yüksək şəraitə malik formada qarşılayacaq. Yeni Laçınını yeni günləri tarixin yaddaşında əbədi olacaq. İnkişafı hamını heyrətə gətirən dağlar diyarı ən abad, müasir standartlara uyğun qurulur. Hər iş dəqiqliklə icra olunur və bunların hamısı əslində gələcəyə hesablanıb.
Hər ilin , hər şəhər günün üzünə böyük uğurlarla açılsın, Laçınım.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya