» Olimpiya Oyunları salnaməsində yeni səhifə

Olimpiya Oyunları salnaməsində yeni səhifə

  • 19-08-2024, 12:11
  • ---
  • 0
  • 21
Olimpiya Oyunları salnaməsində yeni səhifə


Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki, mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan idmanın inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir.
Belə ki, ölkəmizin hər yerində mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, idman sahəsinin maddi-texniki bazası möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması dövlətin bu sahəyə olan qayğısının təzahürüdür.
Son illərdə respublikamızda 50-yə yaxın müasir standartlara uyğun Olimpiya İdman Kompleksləri istifadəyə verilmişdir. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunmuş, bir neçə böyük stadion və idman qurğusu inşa edilmişdir. Təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzi yüksək zövqlə tikilərək idmançıların ixtiyarına verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.”
Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılığı ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, respublikamızda hər il beynəlxalq idman yarışları keçirilir, ölkəmiz müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir. Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı qələbələr, 57müsəlman ölkəsi arasında Azərbaycanın üçüncü yerdə qərarlaşıması Azərbaycan idmanının sürətli inkişafından və dövlətin idmana olan diqqət və qayğısından xəbər verir. Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycan dövlətinin inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Azərbaycan müstəqillik yolları ilə irəlilədiyi qısa müddət ərzində dünya idman tarixində öz sözünü deyib, Olimpiya Oyunları salnaməsində yeni səhifə yazıb.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya