» Uzaaqgörən siyasətin nəticəsi

Uzaaqgörən siyasətin nəticəsi

  • 14-08-2024, 13:22
  • ---
  • 0
  • 17
Uzaaqgörən siyasətin nəticəsi


Azərbaycanı və Mərkəzi Asiya ölkələrini çoxəsrlik xalqların qardaşlıq münasibətləri birləşdirir. Bizim bu regionla tarixi, mənəvi, milli, dini və iqtisadi-təsərrüfat bağlılığımız var. Təsadüfi deyil ki, ötən əsrin əvvəllərində Xəzərin sağ və sol sahilləri arasında gediş-gəliş mümkün olub. Dəniz yolunun açıq olması tək mal mübadiləsi üçün istifadə olunmayıb. Həmçinin turistlər, iş adamları, din xadimləri, elm-sənət daşıyıcıları, eləcə də mətbuat nümayəndələrinin Mərkəzi Asiya ölkələrinə birbaşa çıxışı təmin edilib. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı maraqlara söykənən tarixi əlaqələrin daha da möhkəmlənərək, strateji tərəfdaşlığa çevrilməsi xüsusi önəm kəsb edir. Bu baxımdan deməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 8-də ikinci dəfə Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə dəvət olunması Azərbaycanın regionun aparıcı dövləti olduğunun göstəricisidir. Qazaxıstanın paytaxtı Astana şəhərində gerçəkləşən bu görüş dünyanın indiki geopolitik vəziyyətində xüsusi önəm daşıyır və region ölkələrinin öz mövqelərini uzlaşdırması baxımından çox qiymətlidir. Cənab İlham Əliyevin həmin görüşdəki çıxışında toxunduğu bir sıra məsələlər göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının inkişaf perspektivləri də çoxdur.
Qeyd edək ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Eyni zamanda Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir. Cənab İlham Əliyev həmin görüşdəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu, son iki ildə cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezdientləri ölkəmizə ümumilikdə 15 dəfə səfər ediblər.
Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.
Azərbaycanın xarici siyasət uğurları belə bir ümumiləşdirməyə əsas verir ki, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya