» Kamaləddin Qafarov: “Uzunmüddətli sülh mümkündür”

Kamaləddin Qafarov: “Uzunmüddətli sülh mümkündür”

  • 24-07-2024, 11:33
  • ---
  • 0
  • 28
Kamaləddin Qafarov: “Uzunmüddətli sülh mümkündür”


“İyulun 20-də öz işinə başlamış “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun məhz Şuşa şəhərində keçirilməsi bir daha Azərbaycan dövləti və birbaşa cənab Prezident İlham Əliyev tərəfindən ölkə mediasına böyük önəm verildiyini nümayiş etdirir. Forumda yerli media nümayəndələri ilə yanaşı, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, 30-yaxın ölkənin dövlət informasiya agentliklərinin, 3 beynəlxalq təşkilat və 82 media qurumun yüksək səviyyədə təmsil olunduğunu nəzərə alsaq, bu tədbirin Şuşanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunu da aydın görərik”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib: “Cənab Prezident forumda bu gün dünyada baş verənlərin Şuşa Forumunda müzakirə olunacaq mövzunun bir növ qurbanına çevrildiyini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, əksər hallarda Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Həqiqətən də biz çox zaman faktların manipulyasiyasının, yanlış narrativlərin şahidi oluruq. Torpaqlarımızın işğal altında olduğu illər ərzində ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücumlar edir, ölkəmiz haqqında yanlış məlumatlar yayır və onu reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Lakin bu gün bütün dünyanın aparıcı media qurumları bilavasitə özləri ölkəmizdə gedən prosesləri müşahidə etmək və dünya ictimaiyyətini əsil Azərbaycan həqiqətləri ilə bağlı obyektiv məlumatlandırmaq imkanına malikdirlər.”

K.Qafarov Forumun gedişində Prezident İlham Əliyevin sualları cavablandırarkən bir çox vacib məsələlərə dair önəmli açıqlamalar verdiyini vurğulayıb: “Almaniyadan olan jurnalistin sualını cavablandıran dövlət başçımız bir daha qeyd etdi ki, ölkəmiz haqqında natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar bir qayda olaraq məhz Qərbdən qaynaqlanır və bu, artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Azərbaycan əvvəllər belə münasibətə qarşı kifayət qədər həssaslıq nümayiş etdirsə də, indi vəziyyət tam dəyişib. Diqqətəlayiq haldır ki, zaman keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Dövlət başçısı bildirdi ki, münasibətlərin formalaşmasında KİV-lərin rolu çox önəmlidir. Çünki təəssüratlar, media və ictimai həyatın digər elementləri qərar qəbul edənlərin mövqeyinə təsir edir və onlar ictimai rəyi nəzərə almaya bilməzlər. Bəzi Qərb siyasətçilərinin səyləri ona gətirib çıxarır ki, Azərbaycan onların ölkələrinin xeyrinə müsbət qərar qəbul edə bilmir. Ona görə də daha çox yaxınlaşma lazımdır ki, yanlış məlumatlar da daha az olsun.”

K.Qafarov Cənubi Qafqazda mövcud vəziyyətin və region ölkələri arasında münasibətlərin perspektiv inkişaf istiqamətlərinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Cənubi Qafqazda yaranmış yeni reallıqları xarakterizə edən dövlətimizin başçısı bildirdi ki, bu gün regionumuzda geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta bu dəyişikliklər təsəvvür olunandan daha kəskin forma almışdır. Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, köhnə alyanslar artıq erroziyaya məruz qalır və bu fonda yeni əməkdaşlıq formatlarının üzə çıxması müşahidə olunur. O cümlədən Cənubi Qafqaz ölkələrində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş verməkdədir. Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması düzgün qiymətləndirilməlidir. Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, regionun gələcək vəziyyəti müəyyən edilə bilər. Həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan zaman gələcək əməkdaşlıq imkanları nəzərə alınmalıdır. Qonşu ölkələrdə xarici siyasət modifikasiyalarının nə ilə yekunlaşacağını Azərbaycan düzgün təhlil etməli və bunun mümkün sonunu görməlidir. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, uzunmüddətli sülh mümkündür və biz ona üstünlük veririk”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya