» Eltun Süleymanov: “Azərbaycan mətbuatı öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir”

Eltun Süleymanov: “Azərbaycan mətbuatı öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir”

  • 17-07-2024, 10:57
  • ---
  • 0
  • 69
Eltun Süleymanov: “Azərbaycan mətbuatı öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir”


“Böyük maarifçi demokrat, təbiətşünas, ictimai xadim Həsən bəy Zərdabinin yaratdığı ilk milli qəzetimiz “Əkinçi” (1875-1977) Azərbaycan fikir tarixində mühüm yer tutur. Xalqımızın mədəniyyət tarixində əlamətdar hadisə olan “Əkinçi”nin nəşrə başlaması ilə dövri mətbuatımızın əsası qoyuldu.
Qəzet “maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” şüarını bütün fəaliyyəti üçün məramnamə kimi qəbul edib, sonadək bu ideyaya sadiq qaldı. Qəzetin banisi və redaktoru Həsən bəy Zərdabi “Qələmin vəzifəsi doğru sözü yazmaqdır”, “Hər vilayətin qəzeti o yerin aynasıdır” meyarı ilə əsl xalq qəzeti, milli söz tribunası yaratmağa nail ola bildi. Qəzet zamanın tələbləri səviyyəsində dayanaraq öz səhifələrində maarifçilik ideyaları təbliğ edir, həyatı daim dəyişməkdə, irəli getməkdə görür, xalqı tərəqqiyə səsləyirdi. “Əkinçi” Azərbaycan milli mətbuatının örnəyidir, sələfidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. 149 il ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Ulu Öndər tərəfindən mətbuatın inkişafına göstərilən dövlət qayğısı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.”

Eltun Süleymanov bildirib ki, “Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur."
“Bəli, 22 iyul 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə əsası qoyulmuş milli mətbuatımız ağır, çətin, lakin şərəfli yol keçmiş, cəmiyyətin inkişafında öz sözünü demişdir. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir”-deyə müsahibimiz fikrini yekunalşdırmışdır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya