» Gücümüz birliyimizdədir

Gücümüz birliyimizdədir

  • 10-07-2024, 16:20
  • ---
  • 0
  • 41
Gücümüz birliyimizdədir


Ulu öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşmış, milli tariximizin, dilimiz və ədəbiyyatımızın, milli mədəniyyətimizin köklərinə nüfuz etmiş, keçmiş və gələcəyimizin vəhdətinə, onun ümdə məsələlərinə diqqəti yönəltmişdir. Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edir.Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur.
Azərbaycanın ümummilli liderinin türk ünyasınının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün də uğurla davam etdirilməkdədir.
Bu gün eyni məqsəd və məram, əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış Ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. 44 günlük II Qarabağ müharibəsinin nəticələri, Türk Dövlətləri Təşkilatının fəaliyyətləri, ümumiyyətlə, türk xalqlarının mədəni-iqtisadi və hərbi-siyasi əməkdaşlığının günkeçdikcə daha da genişlənməsi ulu öndərin türk dünyasının gələcəyi haqqındakı arzularının həyata keçdiyini göstərir.
İyulun 6-da Şuşa şəhərində keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə topalntısı və toplantıda qəbul edilən Qarabağ Bəyannaməsi bunun parlaq sübutudur. Görüşdə “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”, - deyə bildirən dövlətimizin başçısı mahir diplomatŞ qalib sərkərdə və strateq kimi qardaş və dost ölkələrin bir yumruq kimi birləşməsinin əhəmiyyətini vurğulayaraq indiki zamanda Türk birliyinin güc mərkəzinə çevrilməsinə çalışır. Və bildiyimiz kimi, bu böyük şəxsiyyət nəyi hədəfləyirsə, mütləq ona nail olacaqdır. Əzm və qətiyyətlə, yüksək iradə və insanları inandırmaq bacarığı ilə ölkəmizin başçısı az müddət ərzində Qarabağı həm işğaldan azad etdi, həm də yenidən qurdu. Onun həyata keçirdiyi Böyük Qayıdış, Şuaşnın Türk dünyasının mədəniyyət mərkəzində çevrilməsi bu qəbildən olan digər fəaliyyətlərinin Qarabağ Bəyannaməsində əks olunması bunu sübut edir. Təşkilatın büdcəsinin artırılmasına ölkəmizin töhfəsi, bu sahəd siyasi iradənin önəm daşıması göstərir ki, cənab İlham əliyev gələcəkdə daha böyük hədəflərə imza atmaq, TDT-nin geniş coğrafiyada qəbul edilməsində maraqlıdır.
Türk dünyasının birləşməsini,n ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəyyini xüsusi vurğulayan cənab İlham Əliyev bu birliyin regionda sülh və təhlükəsizlik üçün qarant olacağını, iqtisadi inkişafa çox böyük imkanlar yaradacağını görür və həmkarlarına da bu fikri təlqin edir. Artıq qəbul edilən sənədlər göstərir ki, cənab Prezident istəyinə nail olmaq üçün mübarizədə qalibdir. Azərbaycanın tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləməsinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətinin, dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Cari ildə COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Qarabağ Bəyannaməsində qardaş ölkələrin bir daha bu təşəbbüsü dəstəkləməsi və hazırlıq mərhələsinə yüksək rəyin bildirilməsi də ölkəmizin belə nəhəng tədbirlərə rəhbərlik və ev sahibliyi etməsində təcrübələrinin nəzərə alınması deməkdir.
Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya