» Əlaqələr uğurla inkişaf edir

Əlaqələr uğurla inkişaf edir

  • 8-07-2024, 15:46
  • ---
  • 0
  • 38
Əlaqələr uğurla inkişaf edir


2001-ci ildə yaranan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün doqquz üzvü, müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. ŞƏT-in əsas prinsipləri qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsidir. Cari ilin 3-4 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ŞƏT-in Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderləri bir araya gəliblər. Ekspertlərin rəyinə görə ŞƏT-in nüfuzu və beynəlxalq statusu hər il daha da artır.

Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Eyni zamanda da ölkəmiz uzun müddətdir ki, ŞƏT-ə üzv ölkələrlə ikitərəfli formatda uğurlu tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Təşkilatın sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Dövlətimizin başçısı 4 iyul tarixində “ŞƏT+” formatında keçirilmiş görüşdə etdiyi çıxışında bildirmişdir ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Öz tərəfdaşlarının maraqlarını hər zaman nəzərə alan Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətini öz sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Həmçinin Azərbaycan hazırda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq məqsədilə çalımalar aparır. Eyni zamanda da dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynadığını vurğulamışdır. Qeyd olunmuşdur ki, ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir və əgər sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Prezident İlham Əliyev bir daha bu həyati əhəmiyyət kəsb edən məqamı qeyd etdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Məlum olduğu kimi, Azərbaycan bu il təxminən 200 ölkənin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi edəcək. Öz çıxışında dövlətimizin başçısı bu məsələyə də toxunaraq bildirdi ki, Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Qeyd olunmalıdır ki, ölkəmizin prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ciddi təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək məsələsi də xüsusi yer alıb.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya