» Eltun Süleymanov: “Ulu Öndər bütün həyat və fəaliyyətini Azərbaycanın sürətli inkişafına və xoşbəxt gələcəyinin qurulmasına həsr etmişdir”

Eltun Süleymanov: “Ulu Öndər bütün həyat və fəaliyyətini Azərbaycanın sürətli inkişafına və xoşbəxt gələcəyinin qurulmasına həsr etmişdir”

  • 10-05-2024, 14:49
  • ---
  • 0
  • 39
Eltun Süleymanov: “Ulu Öndər bütün həyat və fəaliyyətini Azərbaycanın sürətli inkişafına və xoşbəxt gələcəyinin qurulmasına həsr etmişdir”


“Azərbaycan xalqı hər il may ayının 10-da öz xilaskar oğlu, Dünya Azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin doğum gününü sonsuz sevgi və dərin ehtiram hissi ilə qeyd edir. Deyə bilərik ki, bu əlamətdar günü artıq dördüncü ildir ki, qalib ölkənin qalib xalqı kimi qeyd etməyimizə baxmayaraq, bu ilki ildönümünün coşqusu tam fərqli olacaqdır. Çünki məhz bu il ilk dəfə olaraq Ulu Öndərin anadan olmasının 101-ci ildönümü artıq respublikamızın istisnasız bütün ərazilərində qeyd olunacaq. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbiri sayəsində Azərbaycan artıq ölkənin bütün ərazisində tam suverenliyini bərpa etmişdir ki, bu tarixi Qələbəni də xalqımıza Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Şanlı Ordumuz Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bəxş etmişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Ötən əsrin ikinci yarısından respublikamızın ictimai-siyasi həyatına Heydər Əliyevin fəal dövlət rəhbəri kimi daxil olduğunu qeyd edən E.Süleymanov xüsusi olaraq vurğulayıb ki, məhz həmin vaxtdan etibarən Ümummilli Liderin davamlı olaraq atdığı taleyüklü addımlar sayəsində Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb: “İstənilən aspektdən yanaşdıqda 1969-cu ilin ən yeni Azərbaycan tarixində intibaha aparan dönməz inkişaf yolunun başlanğıc nöqtəsi olduğu aydın görünür. Məhz həmin il Heydər Əliyev o zaman hələ tam fərqli ictimai-siyasi formasiyada və böyük bir imperiyanın tərkibində mövcud olan respublikamızda ilk dəfə siyasi hakimiyyətə gəldi. Bundan sonra Ulu Öndər bütün həyat və fəaliyyətini Azərbaycanın sürətli inkişafına və gələcək müstəqil dövlətimizin iqtisadi, siyasi və ideoloji əsaslarının qurulmasına həsr etdi. Həmin dönəmdə Sovet İttifaqının ifrat dərəcədə mərkəzləşdirilmiş siyasi-iqtisadi idarəçilik şəraitində Azərbaycana rəhbərlik edən Heydər Əliyev özünün qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş ittifaqın bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələrinin respublikamızda inşa edilməsinə nail oldu. Həmçinin neft sənayesinin respublikanın iqtisadi inkişafındakı müstəsna rolunu düzgün qiymətləndirən Ulu Öndər 70-ci illərdə bu sahənin dinamik inkişafını, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etdi. Beləliklə, hələ sovet dönəmində Heydər Əliyevin gərgin səyləri, davamlı olaraq həyata keçirilən və respublikada ictimai həyatın ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanın mövcud potensial imkanları dəfələrlə artırıldı. Buna paralel olaraq 1969-1982-ci illər ərzində siyasi-ideoloji müstəvidə görülən işlərin nəticəsi olaraq Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyası bu gün müstəqil Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlərin əsasında duran uğurlu daxili və xarici siyasətin formalaşması üçün möhkəm zəmin yaratdı.”

Fikirlərini davam etdirən Eltun Süleymanov ötən əsrin sonlarında özünün dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın bu tarixi hadisədən cəmi iki il sonra artıq yenidən həm suverenliyini, həm də dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qaldığından bəhs edərək bunları deyib: “1991-ci ildə Azərbaycan ötən əsrdə artıq ikinci dəfə öz müstəqilliyini elan etdi. Lakin ölkədə yaranmış qarışıqlıq və özbaşınalıq sayəsində hakimiyyətə gəlmiş siyasi qüvvələrin səriştəsizliyi, növbəti iki il ərzində cərəyan edən dağıdıcı proseslər Azərbaycanı real olaraq parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta Qarabağ savaşı da arxa plana keçmişdi. Belə bir çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Ulu Öndərin 1993-cü ildə ölkədə siyasi hakimiyyətə tarixi qayıdışı dövlətçiliyin və müstəqilliyin, Azərbaycanın bütövlüyünün qorunub saxlanmasında əsas həlledici amili oldu. Həmin ildən sonra Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda ilk növbədə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb olunmaqla, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratdı. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını, güclü ordunun yaradılmasını vacib sayıb. Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ümummilli Liderin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin ötən əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması birbaşa Ulu Öndərimizin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla inkişaf və davam etdirdiyi Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Məhz bütün bunlara görə Ümummilli Liderimizin əziz xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaqdır” – deyə, Eltun Süleymanov fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya