» Aqiyə Naxçıvanlı: “Azərbaycan-NATO tərəfdaşlıq münasibətləri müsbət dinamika ilə inkişaf edir”

Aqiyə Naxçıvanlı: “Azərbaycan-NATO tərəfdaşlıq münasibətləri müsbət dinamika ilə inkişaf edir”

  • 18-03-2024, 14:34
  • ---
  • 0
  • 39
Aqiyə Naxçıvanlı: “Azərbaycan-NATO tərəfdaşlıq münasibətləri müsbət dinamika ilə inkişaf edir”


“Azərbaycanın xarici əlaqələrində NATO ilə tərəfdaşlıq münasibətləri önəmli istiqamətlərdən biridir. Həmçinin əminliklə deyə bilərik ki, Azərbaycanla əməkdaşlıq Şimali Atlantika Alyansı üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu məqamlar öz təsdiqini martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberqin mətbuata bəyanatla etdikləri çıxışda da öz əksini tapıb. Məlum olduğu kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var və bu tərəfdaşlıq müsbət qiymətləndirilir. Xüsusilə qeyd edə bilərik ki, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yüksək effektivliklə iştirak edib. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr də məhz Azərbaycan hərbçiləri olublar. Çünki, məhz bizim hərbçilərimiz hava limanının mühafizəsinə görə cavabdeh idilər və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat qeyd edib ki, Azərbaycanın NATO-ya üzv və tərəfdaş ölkələrin enerji təhlükəsizliklərinin təmintaında oynadığı önəmli rol bu təşkilatla münasibətlərin inkişafına mühüm töhfələr verir: “Öz çıxışında cənab Prezident İlham Əliyev NATO-nun Baş katibi ilə aparılan müzakirələrdə əsas mövzulardan birinin enerji təhlükəsizliyi məsələsi ilə bağlı olduğunu bildirdi. Diqqətə çatdırıldı ki, son vaxtlar qaz təchizatı baxımından azərbaycanla əməkdaşlıq edən NATO-ya üzv və tərəfdaş ölkələrin sayı getdikcə artır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Cənab Prezident əmin olduğunu bildirmişdir ki, qarşıdan gələn illərdə bu tərəfdaşların sayı bir qədər də artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. İkinci bir tərəfdən isə, Azərbaycan yaxın gələcəkdə Avropa ölkələrinə həm də bərpaolunan enerji növlərini ixrac etməyi planlaşdırır. Ölkəmizin yaşıl gündəliyinin dünya birliyi tərəfindən qəbul olunması belə bir önəmli faktda da öz təsdiqini tapmışdır ki, Azərbaycan keçən ilin sonlarında yekdilliklə qəbul olunmuş qərara əsasən COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Dövlət başçımızın dediyi kimi, bu, ölkəmizin yaşıl keçidlə bağlı səylərinin birmənalı olaraq tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan hazırda tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır. Əminliklə demək olar ki, ən yaxın gələcəkdə bu investisiyalar xalqımızın rifah yüksəlişinə töhfələr verməyə başlayacaq və eyni zamanda da Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı məsələlərində Azərbaycanın rolunu daha da artıracaq” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya