» Aqiyə Naxçıvanlı: “Qazaxıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələri vacib göstəricidir”

Aqiyə Naxçıvanlı: “Qazaxıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələri vacib göstəricidir”

  • 12-03-2024, 12:08
  • ---
  • 0
  • 33
Aqiyə Naxçıvanlı: “Qazaxıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələri vacib göstəricidir”


“Azərbaycan hər zaman Xəzər dənizi hövzəsinə aid olan dövlətlərlə münasibətlərinin inkişafını özünün xarici əlaqələr siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlayır. Əlbəttə ki, Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi də Azərbaycan üçün vacib məsələlərdən biridir. Bu baxımdan Qazaxıstan Respublikası ilə ölkəmizin qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etməsi xüsusi qeyd olunmalıdır. Məlumdur ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir. Bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Birmənalı olaraq qeyd etməliyik ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bu ilin mart ayının 11-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu. Məlumdur ki, ötən illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri həqiqətən də xeyli inkişaf edib və hazırda müttəfiqlik səviyyəsinə yüksəlib. Belə ki, 2022-ci il avqustun 24-də Bakıda hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Eyni zamanda 2023-cü il aprel ayının 10-da Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” və dövlət başçılarının birgə bəyanatı ölkələrimiz arasında əlaqələrin və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə yönəlib.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı səsləndirib.

Daha sonra deputat Qazaxıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələrinin vacib göstərici olduğunu vurğulayıb: “Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində dövlət başçılarının keçirdikləri məhdud tərkibli görüş zamanı qarşılıqlı fəaliyyətin müxtəlif məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyəti müzakirə edilib. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu barədə açıqlama verərək bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəlinib. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir və böyük inkişaf potensialına malikdir. Həmçinin dövlətimizin başçısı qeyd edib ki, martın 11-də keçirilmiş Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, o cümlədən nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub. İki ölkənin dövlət başçılarının Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində onlayn formatda iştirak etmələri də mühüm əhəmiyyət kəsb edən bir hadisə oldu. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir.”

Həmçinin A.Naxçıvanlı Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən quruculuq işlərinə verdiyi dəstəyin önəmli amil olduğunu qeyd edib: “Öz çıxışında cənab Prezident İlham Əliyev hazırda Azərbaycan ilə Qazaxıstan arasında müttəfiqlik münasibətlərinin konkret məzmunla zənginləşdiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüs Qazaxıstan Prezidentinin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Artıq bu gün dövlət başçıları birlikdə keçmiş məcburi köçkün azərbaycanlı uşaqların təhsil alacağı, həmçinin ölkələrimiz arasında dostluq və qardaşlığın mərkəzi olacaq bu obyektin açılışını edəcəklər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya