» “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan uşaqlar və onların valideynlərinə dəstək məqsədilə təşkil olunan layihə çərçivəsində tədbir keçirilib -Fotolar

“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan uşaqlar və onların valideynlərinə dəstək məqsədilə təşkil olunan layihə çərçivəsində tədbir keçirilib -Fotolar

  • 9-03-2024, 20:46
  • ---
  • 0
  • 39
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan uşaqlar və onların valideynlərinə dəstək məqsədilə təşkil olunan layihə çərçivəsində tədbir keçirilib -Fotolar


5 mart 2024-cü il tarixində “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi, “Qlobal Əməkdaşlıq Araşdırmaları Mərkəzi” MMC və könüllü partnyor kimi iştirak edən “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu ilə birlikdə əllilliyi olan uşaqlar və onların valideynləri ilə daha yaxından tanış olmaq üçün təşkil edilən tədbirimiz baş tutdu.
Məlumat vermək istərdik ki, tədbir “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Qlobal Əməkdaşlıq Araşdırmaları Mərkəzi” MMC tərəfindən icra edilən “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsü çərçivəsində təşkil olunmuşdur. Təşəbbüsün əsas məqsədi əlilliyi olan uşaqların valideynlərinin pandemiya və digər qlobal sağlamlıq böhranı dövründə əlilliyi olan uşaqların ehtiyaclarını ödəyə bilmək iqtidarında ola bilmələrinə dəstək olmaqdır.Eyni zamanda uşaqların valideynləri arasında bacarıqların artırılması yolu ilə əlilliyi olan uşaqlar üçün inklüziv və keyfiyyətli mühiti dəstəkləməkdir. Təşəbbüsün əsas benefisiarları əlilliyi olan uşaqlar və onların valideynləridir. Layihə Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarını əhatə edir. Təşəbbüs icra müddəti 2023-cü ilin sentyabr ayından başlamış , 2024-cü ilin iyul ayına qədər olan 10 ay müddətini əhatə edəcəkdir.
Tədbirin açılışında “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova, Layihənin eksperti Rima Məmmədova, Layihə əlaqələndiricisi Pərvanə Xıdırova əlilliklə bağlı dövlətin və ümumilikdə cəmiyyətin onlara qarşı artan diqqətinin, onların cəmiyyətə inteqrasiya prossesinin daha da sürətləndirilməsi üçün atılan vacib addımların və hamımızın əlil olma riskinin mövcud olduğunu qeyd edərək, layihə haqqında da geniş çıxış edərək, müzakirə apardılar.

Tədbirdə layihə çərçivəsində nəzərdə tutulan, əlilliyi olan uşaqların valideynləri ilə “COVİD-19” pandemiyası zamanı əlilliyi olan uşaqların valideynləri tərəfindən müşahidə edilən çətinliklər“ mövzusunda sorğunun təşkili də keçirildi.Qeyd edək ki,sorğunun mahiyyəti əlilliyi olan uşaqların sosial/fiziki məsafənin və psixoloji sağlamlıqlarının idarə edilməsi, mövcud tibbi vəziyyətə görə infeksiya qorxuları, infeksiyaya yoluxma zamanı cəmiyyətdə üzləşdikləri ayrı-seçkiliklər, əlilliyi olan uşaqlara sahib olan valideynlərin karyera fəaliyyətlərində yaşadıqları problemləri, təhsil və məktəb fəaliyyətlərinin məhdudlaşdırılması, tibbi müayinə və müalicə zamanı üzləşdikləri bir sıra çətinliklər, valideynlərin əlilliyi olan uşaqların qarşısında psixoloji və məişət zorakılığını yaşama qorxusu, müntəzəm tibbi müayinələrə gedilməsində üzləşdikləri çətinliklər və s. bu kimi müxtəlif mövzuları əhatə edirdi.
Eyni zamanda tədbirdə əlilliyi olan uşaqlar və onların valideynləri ilə sorğu mövzularını əhatə edən vacib mövzular ətrafında maraqlı söhbətlər aparıldı, üzləşdikləri problemlər müzakirə olundu və təkliflər səsləndirildi. Təkliflər əsasən, əlilliyi olan uşaqların işgüzar bacarıqlarının düzgün idarəetmələri üçün təlim paketini hazırlamaq, Təhsil və Elm Nazirliyi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarından aldıqları dəstəyin araşdırılması və onlar üçün informasiya əlçatanlıqlarının təmin olunmasına aid dəstəyin göstərilməsi kimi önəmli istiqamətlərdən ibarət idi.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya