» Düşünülmüş enerji siyasəti

Düşünülmüş enerji siyasəti

  • 7-03-2024, 11:22
  • ---
  • 0
  • 35
Düşünülmüş enerji siyasəti


Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi tədbirin diqqətçəkan məqamlarından biri oldu. Ölkə başçısı tədbirdəki çıxışı ilə əlaqədar jurnalistin müəyyən məqamlara bir daha aydınlıq gətirmək istəyi ciddi maraq doğuran hadisə idi. Çünki cənab İlham Əliyev çıxışında bir sıra qüvvələrə konkret mesajlar ünvanlamışdı.
Jurnalistin suallarına cavab verərəkən ölkəmizin başçısı bir daha qeyd etdi ki, Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, ümumilikdə qlobal layihədir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Belə olduğu halda müəyyən qüvvələrin qərəzli tənqidinin əslində başqa mətləblərdən xəbər verdiyi aydındır və bu da Azərbaycanı öz yolundan döndərmək, siyasi iradəyə təsir etmək baxımından çox zəifdir.
İqlim dəyişikliyinin fəsadlarının tək bir ölkə üçün olmadığını qeyd edən ölkə başçısı bildirmişdir ki, “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.”
Son dövrlərdə qazıntı yanacağına malik ölkələrin qınaq obyektinə çevrilməsinə dair sualı cavablandıran cənab Prezident bildirdi ki, “qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.”
Bəli, bu gün Azərbaycanın yaşıl enerji sahəsində kifayət qədər sanballı layihələrdə iştirak etməsi, həmin layihələri gerçəkləşdirməsi, təmiz enerji mənbələrindən istifadəyə sərmayə qoyması göz önündədir və Azərbaycanın hazırkı enerji siyasətində mühüm rola malikdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya