» Xalqın inam partiyası

Xalqın inam partiyası

  • 29-02-2024, 13:07
  • ---
  • 0
  • 64
Xalqın inam partiyası


“Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci il tarixində keçirilmiş III qurultayında Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev Partiyanın yeni sədri seçilmişdir. Cənab Prezident İlham Əliyevi sədrliyi dövründə Yeni Azərbaycan Partiyası Azərbaycanın hərbi, siyasi, iqtisadi inkişafı yolunda böyük uğurlara imza atmışdır. Partiya müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə daim sadiq qalmışdır.
Partiyanın beynəlxalq müstəvidə fəal mövqeyi və qlobal təşəbbüslər sayəsində Azərbaycan çoxlu sayda tərəfdaş qazanmış, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir.
Yeni Azərbaycan Partiyasının iqtidara gəlməsindən sonra Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkəyə çevrildi. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Yeni Azərbaycan Partiyası irqindən, etnik mənsubiyyətindən, dinindən , dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında sıx birləşdirməyə nail olmuşdur. Yeni Azərbaycan Partiyası Azərbaycanın və Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Hal-hazırda Yeni Azərbaycan Partiyasının 770 min nəfərdən çox üzvü vardır. Bu Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inamının və Cənab Prezident İlham Əliyevə olan siyasi etimadının bariz nümunəsidir.
YAP-ın iqtidara gəlməsindən sonra Azərbaycanda formalaşmış təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar, güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdən biri oldu. Eyni zamanda güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması 44 günlük müharibədə tarixi Zəfərin əsasını təşkil etdi.

Eltun Süleymanov qeyd etmişdir ki, “Yeni Azərbaycan partiyasının 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayında formalaşmış yeni siyasi konfiqurasiya partiyanın gücünü daha da artırmaqla yanaşı, cəmiyyətdə baxışlar və dəyərlər sistemini daha da möhkəmləndirdi, xalqla iqtidar birliyi yeni müstəvidə daha da qüdrətli oldu. Bunun nəticəsi olarbaq 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu antiterror əməliyyatı keçirərək öz ərazi bütövlüyünü tam bərpa etdi. Bütün siyasi təzyiqlərə baxmayaraq, partiyanın lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz siyasi kursunu dəyişmədən diplomatik müstəvidə də rəqiblərini susdurdu. Çünki cənab Prezidentin və rəhbəri olduğu siyasi partiyanın həyata keçirdiyi kurs xalqın istəyini və mənafeyini ifadə edirdi. Yeni Azərbaycan Partiyası xalqın siyasi mübarizədə fəallığına və proseslərə düzgün reaksiyasına nail oldu.
Yeni situasiyanın yaranmasından sonra növbədənkənar prezident seçkilərinin elan edilməsi də zərurətdən doğurdu. Və bu seçkiyə inamla gedən YAP və onun lideri xalqın dəstəyini, inamını və sevgisini dəyərləndirə bildilər. Nəticədə 90,05 % nəticə ilə Yeni Azərbaycan Partiyasının sədri, tarixi Zəfərin memarı cənab İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqillik dövründən ilk dəfə bütün ölkə ərazisində keçirilən bu seçki xüsusi siyasi məna kəsb etməklə yanaşı, xalqın cənab İlham Əliyevə və onun lideri olduğu siyasi partiyaya- YAP-a inamın təcəssümü oldu.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya