» Ceyhun müəllim: Xalqa əbədi Zəfər bəxş edən Müzəffər Prezident

Ceyhun müəllim: Xalqa əbədi Zəfər bəxş edən Müzəffər Prezident

  • 14-02-2024, 12:49
  • ---
  • 0
  • 74
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet  informasiya portalı

“Ağ çiçəyim” Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun müəllim - 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha inamlı qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevə səs verərək onu növbəti dəfə 7 il müddətinə Azərbaycana Prezident seçdi. Tarixə Zəfər seçkisi kimi düşən budəfəki prezident seçkisində yüksək seçici fəallığı nümayiş olundu. Belə ki, respublika üzrə 5 milyona yaxın seçici seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər. Bu seçki digərlərindən bir daha ona görə fərqlənir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü təmin olunmuş dövlət olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçirilmişdir. Bu seçkilərin keçirilməsi böyük tarixi hadisədir. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi.
Beynəlxalq və yerli təşkilatlar tərəfindən aparılan müşahidələrin ilkin nəticələri ondan xəbər veriri ki, keçirilən növbədənkənar prezident seçkisi demokratik, şəffaf və ədalətli şəkildə həyata keçirilib. Cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması Onun uğurlu siyasətinin nəticəsidir. Cənab İlham Əliyev 20 il bundan qabaq ilk dəfə Prezident seçilərkən “Hər bir azərbaycanlının Prezidenti olacağam” andına sadiq olaraq sübut etdi ki, hakimiyyətdə olduğu müddətdə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün sosial-yönümlü qərarların həyata keçirilməsində, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasında bir çox islahatlar həyata keçirmişdir ki, bunun da məntiqi nəticəsi olaraq bu gün azərbaycanlılar regionda ən yaxşı firavan həyat sürürlər. Bundan başqa aparılan məqsədyönlü daxili və xarici siyasət Azərbaycanı dünya miqyasında qüdrətli, sədaqətli, etibarlı tərəfdaş dövlət kimi tanıtdı.
Qazanılan uğurların zirvəsində, təbii ki, uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunması dayanır. Öz Lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu Zəfərlə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Əminliklə deyə bilərik ki, 7 fevral prezident seçkilərindən sonra qalib Azərbaycan xalqı qalib Lideri ilə birlikdə yeni zəfərlərə imza atacaq.
 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya