Qara Abdullayev: Xalq daha xoşbəxt gələcəyə səs verdi
“Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - Bu gün Qalib Azərbaycan Respublikasının bütün vətənsevər insanları qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində ölkə vətəndaşları Azərbaycanı möhtəşəm zirvələrə çatdıran, son 20 ildə ğörülən işləri, əməli addımlarla bu günün və gələcəyin reallıqlarına uyğun surətdə uğurla və qətiyyətlə davam etdirən, hazırkı milli inkişafın əsaslarını təşkil edən qüdrətli Liderinə, cənab İlham Əliyevə səs verərək daha xoşbəxt gələcəyinə təminat aldı.
Bu, xalqın ümummillı etimadı, ölkə vətəndaşlarının birmənalı ictimai rəyi idi. Prezident seçkisi xalq-hakimiyyət birliyinin, cəmiyyətimizdə getdikcə inkişaf edən siyasi mədəniyyətin, qədirbilən xalqımızın malik olduğu ali keyfiyyətlərin təntənəsi oldu.
Azərbaycan xalqı bu seçkilərdə bir qərinəlik işğaldan sonra torpaqlarımızı yağı düşməndən azad edən, Müstəqil Azərbaycanımızın suverenliyini, ərazi bütövlüyünü təmin edən, müharibədən çıxmış ölkəmizi sarsımağa qoymayan, respublikamızı müstəqil dövlət olaraq mətin addımlarla irəliyə aparan, gücünü-qüdrətini artıran Liderinə səs verdi.
Bu bir reallıqdır ki, bu günə qədər ölkəmizdə seçkilər, ümumxalq referendumları kifayət qədər fəallıq şəraitində keçib. Amma danılmaz faktdır ki, seçki məntəqələrindəki budəfəki seçici izdihamı, mütəşəkkillik və aktivlik heç zaman müşahidə olunmamışdı. Bunu hətta seçkiləri müşahidə edən xarici müşahidəçilər və hakimiyyətin qatı opponentləri də etiraf etməkdədirlər. Prezident seçkisi tam şəffaf, demokratik mühitdə, rəqabətli şəraitdə, beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçdi. İddiasını ortaya qoyan hər kəsə seçkidə iştirak edib öz alternativ mövqeyini seçicilərə çatdırmaq, şansını sınamaq imkanı yaradıldı. Seçicilər fəal şəkildə məntəqələrə gələrək öz səslərini ən layiqli namizədə, öz xoşbəxt gələcəyinin qarantına verdilər. Azərbaycanda bütün parametrlər üzrə nümunəvi bir seçkinin keçirildiyi bir çox beynəlxalq müşahidəçilərin rəylərində də əksini tapdı. Əslində real həqiqət, demokratik səsvermə üçün yaradılmış şərait, yüksək seçici fəallığı ortada idi. Belə bir yüksək fəallıq bizi son əsrlərin ən böyük problemindən birdəfəlik xilas edən, dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə nail olan, gələcək nəsillər üçün problemsiz, inkişaf mənzərəli gözəl bir gələcəyin təməlini qoyan Liderə - cənab İlham Əliyevə xalqın minnətdarlığının ifadəsi idi. Bu, tarixinin ən qüdrətli çağlarına gəlib çıxmış Azərbaycan dövlətinə, uzun illərdən bəri apardığımız haqq savaşındakı möhtəşəm Zəfərimizə, keçmişin dəyərlərinə, bu günün nailiyyətlərinə, gələcəyin ümidlərinə verilən səs idi.
Xalq ona görə öz liderini yenidən seçdi ki, Azərbaycanı regionda aparıcı, dünyada isə söz sahibi edən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 20 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib, düşmən üzərində zəfər çalaraq qalib ölkəyə çevrilib.
Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi tam reallığa çevrilib.
Bəli dövlət başçısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir.
Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Xalqdan aldığı bu mütləq dəstəyə görə cənab İlham Əliyev zəmanəmizin ən parlaq liderlərindəndir. Məhz xalqın maraqlarını ifadə etdiyinə görə Azərbaycanın dövlət rəhbərinin bütün məsələlərlə bağlı konkret mövqeyi var və onu mövqeyindən döndərmək mümkün deyil.
Bu seçkidə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək. Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Sözün əsil mənasında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdi, inkişafa yol açdı. Sözünə düz, vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı.
Odur ki, qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimiz və xalqımız naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaqlar.
Beləliklə xalqımızın 7 fevral 2024-cü il tarixdə tam demokatik, şəffaf şəraitdə keçən prezident seçkisində ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə cənab İlham Əliyevi 92,12 faiz səslə bu şərəfli vəzifəyə seçməsi, Azərbaycan xalqının öz Qalib Liderinə olan etimadının bariz nümunəsi oldu. Bununla da xalq artıq görünməkdə olan daha xoşbəxt gələcəyunə səs verdi. Əminliklə deyə bilərik ki, Prezident-Xalq birliyinin gücü ilə bütün vətəndaşlarımız günbəgün bu reallığın şahidi olacaqlar.
Fevralın 13-də isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə seçkilərin nəticələrinin təsdiq olunması isə xalqını, dövlətini, vətənini sevən hər bir kəsi olduqca qürurlandırdı və Azərbaycanın daha xöşbəxt gələcəyinə təminat verdi.