» İlham Əzimov: Zəfər seçkiləri qalib Azərbaycanın qarşısında yeni üfüqlər açır

İlham Əzimov: Zəfər seçkiləri qalib Azərbaycanın qarşısında yeni üfüqlər açır

  • 9-02-2024, 10:07
  • ---
  • 0
  • 139


28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov  - “7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  Prezidentliyə namizədi cənab İlham Əliyev qələbə qazandı. Bu, xalqımızın inamının, etimadının təsdiqi olmaqla yanaşı, son 20 ildə görülən işlərə, həyata keçirilən təkmil islahatlara, Azərbaycanı zəfərdən-zəfərə aparan siyasətə verilən dəyər kimi xarakterizə edilir. Xalqımız hər zaman Heydər Əliyev siyasətini dəstəkləyir, bu yolun ölkəmizə bundan sonra da möhtəşəm uğurlar qazandıracağına əmindir. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə cənab İlham Əliyev seçicilərin 92 faizindən çoxunun səsini qazanıb. Demokratik, şəffaf və beynəlxalq standartlara cavab verən prezident seçkiləri bayram əhval-ruhiyyəsində keçirildi. Xalqımızın sevincinə sevinc qatıldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilər hər birimizi qürurlandırdı. Soydaşlarımız 30 ildən sonra öz dogma yurd-yuvalarında seçki kampaniyasına qatıldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda keçirilən Zəfər seçkilərinə beynəlxalq diqqət yüksək səviyyədə oldu. Seçki kampaniyasını izləyən xarici müşahidəçilərin rəylərində  Azərbaycanın inkişafı təqdir edilərək beynəlxalq ictimaiyyətə açıq ölkə olduğu xüsusi vurğulandı. Seçkilərin yüksək səviyyədə keçirildiyini təsdiqləyən  mühüm faktorlar sırasında seçici fəallığı da  xüsusi qeyd edildi.  Qalib ölkənin qalib xalqı olaraq Zəfər seçkilərində iştirak etmək, seçki hüququndan istifadə edərək gələcəyimizlə bağlı düzgün seçim etmək böyük xoşbəxtlikdir. Qalib xalqın qalib Liderinin qələbəsi Azərbaycanın gələcək inkişafının, zəfərlərinin aydın mənzərəsini yaradır.” 

Bu seçkilər dövlət başçısı İlham Əliyevin son 20 ildə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin təqdimatı oldu: “Hər zaman qürurla qeyd etdiyimiz kimi, Azərbaycanın uğurlarının zirvəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən ilin 23 aprel tarixində ərazi bütövlüyümüzün və sentyabrın 19-da həyata keçirilən  bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması dayanır. Artıq 2023-cü ilin 20 sentyabr tarixindən  yeni dövr başlayıb. Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalandı. Bununla son 20 ildə verilən bütün vədlər icra edildi, yeni hədəflərin müəyyənləşdirilməsi bir çağırış kimi qarşıda dayandı.”

Cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri özündə mühüm məqamları ehtiva edir: “Ötən il Xankəndi şəhərində Azərbaycan Bayrağının  ucaldılması, hərbi paradın, həmçinin futbol matçının keçirilməsi, bu il  7 fevral tarixində dünyanın diqqətinin növbəti dəfə bu məkana yönəldilərək  seçkilərin izlənilməsi tariximizin qürurverici hadisələridir. Dövlət başçısı İlham Əliyev bu ilin ilk ayında, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bu müjdəni də verdi ki, keçmiş məcburi köçkünlərin qayıtdıqları Laçın və Füzuli şəhərlərinin sırasına bu il Şuşa, Kəlbəcər, Cəbrayıl, Xankəndi və Xocalı da daxil olacaq. Dövlət başçısı İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli iş dayanır. Əsas hədəflərdən biri 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün dogma yurd-yuvasına qayıtmasıdır.”

Hər bir seçkinin nəticələri ölkədə mövcud ab-havanı əks etdirir: “Xalqımız sevinclidir, qürurludur. Bu xoş ovqat onların seçkilərdə fəallığında da özünün aydın ifadəsini tapdı. Xarici müşahidəçilərin rəylərində də bu məqam xüsusi qeyd edilir ki, əsl bayram ab-havası yaşandı. Ölkəsini, xalqını daim zirvələrdə görmək istəyən, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycana zəfərlər qazandıran, torpaqlarımızı tarixi sahibinə qovuşduran qalib Liderə milyonların sevgisi şəksizdir. 7 fevral prezident seçkiləri bunu bir daha təsdiqlədi. Xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni hədəflərə doğru inamla addımlayır. Zəfər seçkiləri qalib Azərbaycanın qarşısında yeni üfüqlər açır. Bu, ölkəmizin regional inkişafın aparıcı qüvvəsi, dünya birliyində layiqli yer tutan, sözünün imzası qədər dəyəri olan Azərbaycanın rolunun daha da artmasında, söz sahibliyində özünü təsdiqləyəcək. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi ölkəmizin mövqeyi daha da möhkəmlənəcək. Dövlət başçısı İlham Əliyevə bu və ya digər ölkələrin dövlət, hökumət başçılarının təbrik məktublarında da Azərbaycanın gələcəkdə əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsinə töhfələri əminliklə  vurğulanır. Azərbaycanın uğurlarında Prezident İlham Əliyevin nüfuzu xüsusi önə çəkilir.”

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya