» Aqiyə Naxçıvanlı: “Avropa təsisatları ölkəmizlə yalnız bərabərhüquqlu əsaslar üzərində münasibətlər qurmağın mümkün olduğunu aydın dərk etməlidirlər”

Aqiyə Naxçıvanlı: “Avropa təsisatları ölkəmizlə yalnız bərabərhüquqlu əsaslar üzərində münasibətlər qurmağın mümkün olduğunu aydın dərk etməlidirlər”

  • 3-02-2024, 14:21
  • ---
  • 0
  • 59
Aqiyə Naxçıvanlı: “Avropa təsisatları ölkəmizlə yalnız bərabərhüquqlu əsaslar üzərində münasibətlər qurmağın mümkün olduğunu aydın dərk etməlidirlər”


“Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanda səfərdə olub. Ölkə Prezidenti cənab İlham Əliyev mötəbər qonağı qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran bir çox məsələlər barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı hazırda Avropada bəzi anti-Azərbaycan qüvvələri tərəfindən ölkəmizə qarşı qərəzli kampaniyaların aparıldığını qeyd edib və bunun səmərəsiz cəhdlər olduğunu vurğulayıb. Cənab Prezident bu gün ölkmizə qarşı hansısa absurd ittihamlar irəli sürməyə çalışan Avropa təsisatlarının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün uzun illər ərzində heç bir səy göstərmədiklərini diqqətə çatdırıb. Həqiqətən də, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı dövrdə cənab Prezident İlham Əliyev ölkəmizin bu faktla barışmayacağını və sülh yolu ilə torpaqlarımızın geri qaytarılması baş verməyəcəyi halda buna müharibə yolu ilə nail olacağımızı dəfələrlə bəyan etmişdi. Təəssüflər olsun ki, nə Ermənistan, nə də onun havadarları bu xəbərdarlığı vaxtında nəzərə almadılar. O cümlədən keçmiş Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Rəsmi İrəvan xarici qüvvələrin Azərbaycana təsir göstərə biləcəklərinə, ölkəmizi işğal faktı ilə barışdıracaqlarına elə inanmışdı ki, artıq Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” kimi absurd şüarlar belə səsləndirməkdən çəkinmirdi. Buna görə də Azərbaycan bu məsələni özü hərbi yolla həll etməli oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşməni darmadağın etməklə Vətən torpaqlarını işğaldan azad etdi və bununla da Qarabağ münaqişəsi başa çatdı. Lakin Ermənistan müharibədən sonra keçən üç il ərzində öz ordusunun hissələrini hələ də Azərbaycan ərazisində saxlmaqda, ölkəmizin suveren ərazisi olan Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Buna görə də Azərbaycan 2023-cü il sentyabrın 19-da öz legitim hüququndan istifadə edərək lazımi addımlar atdı və düşməni layiqincə cəzalandırdı. Cəmi bir sutka davam edən əməliyyatlar düşmənin ağ bayraq qaldıraraq təslim olması ilə nəticələndi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün səsləndirdiyi şərtlər həm beynəlxalq hüquqa, həm də ədalət prinsiplərinə tamamilə uyğundur: “Öz çıxışında dövlət başçımızın qeyd etdiyi kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı oldu və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdi. Lakin Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Bütün bunlara baxmayaraq, hazırda iki ölkənin sərhədində bir neçə aydır ki, sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalıdır. Həmçinin cənab Prezident İlham Əliyev tam sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edilməsinin zəruri olduğunu qeyd etdi və hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət hal kimi qiymətləndirdi.”

Sonda A.Naxçıvanlı Prezident İlham Əliyevin Fransanın və bu ölkə tərəfindən istiqamətləndirilən AŞPA-nın fəaliyyətinə dair səsləndirdiyi tənqidi fikirlərin bütün anti-Azərbaycan qüvvələrinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımız hər zaman olduğu kimi, Parlamentlərarası İttifaqın Baş katibi ilə keçirdiyi görüşdə də öz fikirlərini birmənalı şəkildə ifadə edərək bildirdi ki, bu gün məhz Fransa Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinin əsas səbəbkarı kimi çıxış edir. Rəsmi Paris bu regionda dağıdıcı siyasət həyata keçirərək aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək niyyətini güdür. O cümlədən Ermənistanın silahlandırılması da məhz bu dağıdıcı siyasətin bariz təzahürüdür. Həmçinin cənab Prezident Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsini beynəlxalq riyakarlığın təzahürdü kimi qiymətləndirdi və AŞPA-nın atdığı addımların dialoqa xidmət etmədiyini vurğuladı. Qeyd edək ki, ölkəmizin sözügedən təşkilata 23 illik üzvlük dövrünün təcrübəsi birmənalı olaraq bunu deməyə əsas verir ki, Qərbin ermənipərəst, islamofob qüvvələri daim bu təşkilatdan Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışıblar. Cənab Prezident İlham Əliyev bunu da diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Əks halda, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Bu ədalətli qərardır və Avropa təsisatlarının da ölkəmizlə yalnız bərabərhüquqlu əsaslar üzərində münasibətlər qurmağın mümükün olduğunu aydın dərk etmələrinin zamanı artıq çoxdan gəlib çatıb” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya